Yayın sırğa dəbi Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTOLAR

660
Yayın sırğa dəbi Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTOLAR

Yayın gəlişinə bir neçə gün qalıb. Deməli, mövsüm geyimlərini hansı aksessuarlarla uyğunlaşdırmaq barədə fikirləşməyin əsl vaxtıdır.

Publika.az xəbər verir ki, dizaynerlər bu mövsüm sizi qeyri-adi eksperimentlərlə maraqlı obrazlar yaratmağa dəvət edib. Bunu isə iri həcmli sırğaların sayəsində edəcəksiniz. Odur ki, bu bəzəklərə xüsusi diqqət yetirin. Çünki onlarsız hətta ən düşünülmüş obrazlar da bütün mənasını itirir.

Əvvəllər iri həcmli bəzək əşyalarını xüsusi günlərdə taxmaq aktual idi. Lakin bu ənənə çoxdan sıradan çıxıb, indi gündəlik obrazları da çox rahatlıqla diqqət çəkən, böyük ölçülü sırğalarla tamamlamağa icazə verilir. Stilistlər hesab edir ki, orijinal və qeyri-adi bəzək əşyaları fərqlənmək və özünü ifadə etmək üçün əla vasitədir.

Metal, muncuqlu və abstrakt olan qabarit ölçülü sırğalardan çəkinmək lazım deyil. Bütün bu elementlər sizə həqiqətən də layiqli, təkrarolunmaz obraz yaratmaqda kömək edəcək.

Trendlərlə ayaqlaşmaq istəyən xanımlar üçün onları cəsarətli olmağa dəvət edən bir neçə əcaib və unudulmaz nümunələr seçmişik.

 

Xəbər lenti