Türkiyənin İzmir şəhərində tramvayla hərəkət edən gənclər bütün sərnişinləri şoka salıblar.
Mynews.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Karşıyaka sahildə tramvayda olan gənclər Azərbaycanının məşhur müğənnisi, mərhum Rəşid Behbudovun ifasında tanınan 'Ayrılıq" musiqisini oxumağa başlayıblar.
Bildirilir ki, ali məktəbi başa vuran gənclər istirahətə yollanarkən bu musiqini ifa etməy başlayıblar.
Xatırladaq ki, bəzilərinin sevgi, bəzilərinin Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi "Ayrılıq” mahnısı 1957-ci ildə yazılıb. Mahnının sözləri Rəcəb Fərhad İbrahimə, musiqisi Əli Səlimiyə aiddir.
Əli Səlimi 1922-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini də burada almışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - "Ayrılığ”a çevrildi.
Mahnını Rəşid Behbudov, Ququş, Yaqub Zurufçu, Barış Manço, Zeki Müren kimi məşhur müğənnilər ifa edib. "Ayrılıq” o qədər məşhurluq qazanıb ki, bəzən onu xalq mahnısı hesab edirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub