İngilis Viktoriya Molyeneua körpəsi anadan olduqdan sonra onunla yaxşı maraqlanaq üçün işindən istefa verməli olub.
Mynews.az axşam.az-a istinadən məlumatına görə, o, bu ərəfədə uşağına yaxşı gələcək hazırlamaq üçün bekar qalmayıb. 2015-ci ildə körpənin yataq otağından başlayaraq bir şirkət quran Viktoriya gözlənilmədən böyük uğur qazanıb.
28 yaşlı qadın "Facebook"da hesab açaraq hazırladığı geyimləri paylaşmağa başlayıb. Ancaq daha əvvəl bu peşədə təcrübəsi olmayan qadın çətinlik çəksə də, qısa müddətdə gündəlik min sifariş qəbul edib. Hazırda milyon dollarlıq dövriyyəsi olan "What That Trend" şirkəti İngiltərənin ən məşhur markaları ilə əməkdaşlıq edir. Sosial mediada 2 milyondan çox izləyici olan şirkətin büdcəsi 7 milyon funt sterlinqdir.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub