Bahalı avtomobil kolleksiyası olan milyarder Əli Ağaoğluna dəyəri bahalı maşın hədiyyə ediblər.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli iş adamının oğlu Əlican, qızı Sena və kürəkəni Koray Kırcal dünənki atalar günü münasibəti ilə Əli Ağaoğluna qiyməti 1,5 milyon avro olan (təxminən 3 milyon manat) "Rolls Royce" alıb.
Avtomobil 6 ay əvvəl Londonda sifariş verilib. Əli Ağaoğlu açıqlamasında "Uşaqlarım birləşib mənə xəyalını qurduğum gözəl hədiyyə alıb”, - deyə bildirib.
Əli Ağaoğlunun 1 ildir birlikdə olduğu sevgilisi Duyğu Su Gülpınar isə iş adamının 10 lüks avtomobilini istədiyi vaxt istifadə edir. Xüsusilə dəyəri 1 milyon TL (təxminən 500 min manat) olan “Lamborghini Gallardo Supperleggera” markalı maşın balerinanın favoritidir.
Xatırladaq ki, Əli Ağaoğlunun sevgilisi ilə aralarında 39 yaş fərqi var.





publika.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub