Ən yalançı BÜRCLƏR ONLARIN HEÇ BİR SÖZÜNƏ İNANMAYIN!

1736
Ən yalançı BÜRCLƏR ONLARIN HEÇ BİR SÖZÜNƏ İNANMAYIN!

Bütün insanların ən çox işlətdiyi günah deyəsən, yalan danışmaqdır. Bir çox bürclər yalan danışır, ancaq bunu hamısı şəxsi mənfəət üçün etmir. Odur ki, kiminsə sizi barmağına dolamasına icazə verməmək üçün yalan danışmağı çox sevən zodiak işarələrini yadda saxlamaq lazımdır.

Mynews.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloqlar ən çox yalan danışan bürclərin statistikasını hazırlayıb.

Bəs zodiakı işarələrinin yalan danışmağa vadar edən səbəblər nədir?

Qoç

Qoç bürcləri hər hansı bir iş görmək istədikdə yalana əl atmağa məcbur olur. Bu bürcün nümayəndələri çox tez-tez və bir qayda olaraq asanlıqla yalan danışır, amma buna əhəmiyyət vermirlər.

Buğa

Bu zodiak işarələrinin nümayəndələri adətən əks cinsə xoş təsir göstərmək istədikdə yalan danışır. Onları yalançı adlandırmaq olmaz, amma diqqət cəlb etmək üçün gözünü qırpmadan yalanlar uydura bilərlər.

Əkizlər

Əkizlər mülayim yalan danışır, ancaq bunu anlamaq praktiki olaraq mümkün deyil, çünki onlar çox məharətlə aldadır. Onlar həqiqəti söyləməyə qadir olan insanlardır. Buna baxmayaraq, qorxduğunuz üçün onların yalan danışdığını düşənə bilərsiniz.

Xərçəng

Xərçənglər çox nəcib və namuslu insanlardır. Onlar yəqin ki, ən dürüst zodiak işarəsidir. Xərçənglər yalnız xilas naminə yalana danışa bilər, bir çox hallarda isə yalan deməkdənsə, susmağa üstünlük verirlər. Çünki yalan xərçənglər üçün yolverilməz səhvdir.

Şir

Şirlər az yalan danışır, ancaq bunu həqiqətən ustalıqla edirlər. Onlar danışdıqları yalanları illər ötsə də, xırdalıqlarına qədər xatırlayır. Odur ki, Şir bürclərini yalnız peşəkar biri ifşa edə bilər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu zodiak işarəsi sırf öz statusunu və nüfuzunu göstərmək, o cümlədən ətrafdakılara təsir etmək üçün yalan danışmağa məcbur olur.

Qız

Yalan məsələsində Qızları unikal bürc adlandırmaq olar. Onlar nadir hallarda yalan danışırlar, lakin eynilə Xərçənglər kimi yalnız kimisə incitməmək üçün, ya da xeyirxah məqsədlər güdərək yalan danışırlar. Ən maraqlısı odur ki, onlar yalanlarını ifşa edənlərə inciyirlər.

Tərəzi

Tərəzilər yalan danışmağı bacarmır, onları ifşa etmək çox asandır. Lakin onların əsl istedadı əslində dərində gizlənib. Yalana qarşı öz istedadını kəşf edən Tərəzilər bunu proqram üzrə istifadə edir və onlar ən yaxın adamlarına heç vaxt yalan danışmır.

Əqrəb

Bu bürc ən dəhşətli yalançıdır. Əqrəblər ifşa olmamaq üçün hər şeyə getməyə razıdır. Onlar adətən mərhəmət hissi oyatmaq və ya insanları manipulyasiya etmək üçün yalan danışır. Bu bürcün nümayəndələri ən yalançı zodiak işarəsidir və onları ifşa etdikdə çox ehtiyatlı olmaq lazımdır.

Oxatan

Oxatanlar həqiqəti şişirtməyi və yalan danışmağı sevirlər, lakin heç zaman böyük yalanlar danışmazlar. Bu bürclərin daimi və xırda yalanları ətrafdakıları dəhşətli dərəcədə qıcıqlandırır, amma ümumilikdə onları ən yalançı insanlar adlandırmaq doğru deyil.

Oğlaq

Oğlaqlar da Buğalar kimi əks cinsin nümayəndəsinin rəğbətini qazanmaq üçün yalan danışmağı sevirlər. Həmçinin onlar olmayan statuslarını göstərmək üçün yalana müraciət edirlər. Buğalar çox yalan danışsa da, asanlıqla ifşa edilirlər.

Dolça bürcü

Dolçalar yalan danışmaqdansa, nəyisə deməməyə üstünlük verirlər. Onlar hadisəni şişirtməyi xoşlamır, sadəcə hər hansı mövzu barədə danışmaq istəmədiklərini açıq şəkildə etiraf edirlər. Onlar susmağı daha məqsədəuyğun hesab edir. Ümumiyyətlə, Dolçaları yaxından tanımaq çox çətindir.

Balıq

Balıqlar da çox yalan danışır, hətta bu məsələdə Əqrəbləri də ötüb keçirlər. Onlar insanlara şəxsi həyatları barədə, özü və ya öz uğurları haqqında nağıllar danışırlar. Onları ifşa etmək çətin deyil, yalanları adətən zərərsizdir. Ən maraqlısı isə onlar bunu şüurlu şəkildə etmirlər.

Xəbər lenti