Türkiyənin İzmir bölgəsində itkin düşən uşaq əslində, heç vaxt mövcud olmayıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, İzmirin Tikili rayon sakini, polis olduğu iddia edilən Tarkan Tekeoğlu 5 gün əvvəl 5 yaşlı oğlu Mehmedin itkin düşdüyünü bildirib.
Polislər daxil olan şikayət əsasında yaxınlıqda olan ərazilərdə 5 gün boyunca axtarışlar aparıb. Heç bir izə rast gəlməyən polis əməkdaşları kişinin soyuqqanlılığından şübhələnərək ailənin digər üzvləri ilə söhbət edib.
Söhbət əsasında məlum olub ki, Tarkan Tekeoğlunun polislərə təqdim etdiyi şəkil onun 17 yaşlı oğlunun uşaqlıq şəkilidir. Əslində, kişinin bir oğlu var. 5 gündür axtarılan 5 yaşlı Mehmed Tekeoğlu hec vaxt mövcud olmayıb.
Psixoloji problemləri olduğu deyilən ata bir anda yoxa çıxıb. Polislər Tarkan Tekeoğlu rəsmi şəkildə axtarışa veriblər.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub