Dünyanın ən böyük sərnişin təyyarəsi VİDEO

936
Dünyanın ən böyük sərnişin təyyarəsi VİDEO

“Airbus” konserni A380 laynerini təqdim edib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, yenilənmiş model dünyanın ən iri sərnişin təyyarəsidir. 

Airbus А380 - geniş füzelyajlı, iki göyərtəli, dörd mühərrikli, reaktiv sərnişin təyyarəsi 2005-ci ildə yaradılıb və bu günə qədər dünyada ən iri silsilə avialayner olaraq qalıb. 

Təyyarənin hündürlüyü 24,08, uzunluğu 72,75, qanadlarının eni 79,75 metrdir. Konfiqurasiyadan asılı olaraq təyyarənin tutumu 52-dən 853 sərnişinə qədər dəyişir.

A380 təyyarəsi 15 400 km məsafəsinə fasiləsiz uçuşlar həyata keçirməyə qadirdir. Bir çox şirkətlər onu Dubay-Nyu-York, Tokio-Sürix, Frankfurt-Pekin və s. kimi uzaq məsafəli marşrutlarda istifadə edir. Təyyarənin yenilənmiş versiyası “А380plus” adı alıb. Orijinal A380 ilə eyni ölçülərə malik yeni təyyarə əvvəlki saydan 80 sərnişin artıq daşımağa qadirdir.  

Qanadların konstruksiyasının dəyişdirilməsi 4% yanacağa qənaətetmə imkanı yaradır. Maksimal yükqaldırma qabiliyyəti 578 tondur, bu isə əvvəlki göstəricidən 18 ton artıqdır. Yeni modeli almaq istəyən aviaşirkətlər üçün əsas üstünlük isə bir sərnişinin daşınmasında əldə ediləcək 13% qənaətdən ibarətdir.  

 

 

Xəbər lenti