1,95 santimetr boya malik Keysi Kennedi dünyanın ən uzun modelidir. Kennedinin təkcə bir ayağının uzunluğu 1.29 metrdir.
Hündürboy olmağı sevdiyini deyən Kennedi model agentliklərinin onu ayaqlarının həddən artıq uzun olması səbəbindən işə götürmədiklərindən şikayətlənir.
Ayaqlarına görə iş tapmaqda çətinlik çəkməsinə baxmayaraq, Kennedi ayaqlarının uzunluğuna görə ABŞ sakinləri içərisində rekorda imza atıb.
Təəssüf ki, dünya rekordu ona aid deyil. Ayaqlarının uzunluğuna görə "Ginnesin rekordlar kitabın"da yerini qoruyub saxlayan Svetlana Pankratovadan sadəcə 2 santimetr geridə qalan Kennedi gələcəkdə bu fərqi aradan qaldıracağına inanır.
Tələbəlik illərində boyunun uzun olması ona idman sahəsində bir çox uğurlar qazandırıb. O, bir neçə voleybol və basketbol komandalarında oynayıb.
Kennedi deyir ki, məktəb vaxtlarında onun boyu bir bu qədər hündür olmayıb. Qısa müddətdə boyunda sürətli artım müşahidə olunan Kennedi hər kəsdən fərqlənsə də, xoşbəxt olduğunu deyib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub