Keçi peyini, insan qanı içir, sidiklə ağız yaxalayır... Romadakı yaşamla bağlı ürəkbulandıran faktlar - FOTOLAR

1067
Keçi peyini, insan qanı içir, sidiklə ağız yaxalayır... Romadakı yaşamla bağlı ürəkbulandıran faktlar - FOTOLAR

Antik Roma deyincə xəyalımızda əfsanələr və miflər canlanır. Əfsanələrdən isə qızıldan düzəldilmiş zireh geyinmiş kişilərin sürdüyü döyüş arabaları, həmin arabalarda rahatca oturub üzümlə bəslənən imperatorlar boylanır. Ancaq Romadakı gerçək həyat o qədər əzəmətli olmayıb. Müasir səhiyyə xidmətlərinin və tibbin olmadığı zamanlarda normal bir günün sonunda həyatda qalmaq olduqca çətin, təxmin edə bilməcəyiniz qədər də ürəkbulandıran idi.

Moderator.az-ın təqdim etdiyi bu yazıda Antik Romadakı yaşamla bağlı 10  ürəkbulandıran həqiqətlə bağlı məlumat əldə edəcəksiniz. 

1. İnsanlar ağızlarını sidiklə yaxalayırdı

Antik Romada sidik o qədər əhəmiyyətli sahə idi ki, hökumət sidik satışlarını həyata keçirmək üçün xüsusi vergi qoymuşdu. Hətta sidik toplayaraq dolanışığını təmin edən insanlar belə var idi. Bəziləri ümumi sidik qablarında yığardı. Digərləri isə böyük bir qabla qapı-qapı gəzərək insanlardan onu doldurmalarını istəyərdilər. 

Həmin sidikdən də bir neçə məqsədlə istifadə olunurdu. Məsələn, paltarlarını sidiklə yuyurdular. Boş vannanı paltar və sidiklə doldururdular, daha sonra şanssız bir kölə vannaya girərək geyimləri ayaqları ilə tapdayıb yuyurdu. 

Bəzi insanlar isə sidiyi qarqara olaraq istifadə edirdi. Bunun dişləri ağappaq etdiyini iddia edirdilər. 

2. İfrazatdan sonra özlərini təmizlədikləri şotkanı paylaşardılar

Romanın su təchizatı sahəsindəki işləri təqdirəlayiqdi. Şəhərlərində ümumi tualetlər və kanalizasiya sistemləri var idi. Bu, digər cəmiyyətlərin əsrlər boyu sahib olmadığı bir şey idi. Ancaq ümumi tualetlərdəki vəziyyət ürəkbulandıran olub. Arxeoloqlar, bu tualetlərin demək olar ki, heç təmizlənmədiyini hesab edir, çünki tualetlərin parazitlərlə dolu olduğu müşahidə edilib. Hətta Romalılar hamama gedərkən bitləri təmizləmək üçün xüsusi hazırlanmış daraqlar daşıyarmış.

Ən pisi isə ifrazatdan sonrakı mərhələ imiş. Ümumi tualetlərdə insanlar özlərini təmizləmək üçün başına bez bağlanmış ağacdan istifadə edirmişlər. Və ən dəhşətlisi isə həmin ağacdan hər kəs istifadə edirmiş və hər kəsin paylaşdığı ağaz heç vaxt təmzilənmirmiş. 

3. Tualetlər mütəmadi olaraq partlayırdı 

Romada tualetə girdikdə ölmə ehtimalınız olduqca yüksəkdi. İlk problem kanalizasiya sistemində yaşayan canlıların insanlar işlərini həll edərkən dırmaşıb onları dişləməsi idi. Bundan daha da pisi isə tualetlərdə metan qazının yığılması idi. Bu, elə bir hal alardı ki, tualetlər istənilən an yana və partlaya bilərdi. Partlayışlar o qədər qorxulu olurmuş ki, insanlar həyatda qalmaq üçün sehrə əl atırmış. Tualetlərin divarlarında təhlükəli məxluqları uzaq tutmağa yarayan sehrlər yazılırmış. Hətta bəziləri əvvəlcədən hazırlanmış bəxt ilahəsi Fortunanın heykəli ilə gəlir, içəri girmədən öncə ona dua edirmişlər.

4. Qladiatorun qanı dərman kimi istifadə edilirdi

Romada tibb elmi də əcaibliklərdən nəsibini almışdı. Bəzi Romalı yazıçıların yazdıqlarından insanların ölü qladiatorların qanını topladığını və onu dərman olaraq satdığını anlayırıq. Romalılar qladiator qanının epilepsiya xəstəliyini sağaltmaq gücünə malik olduğuna inanır və onu dərman kimi içirdilər. Digərləri isə qladiatorların qaraciyərini alıb çiy halda yeyirdi. Bu vəziyyət o qədər geniş yayılmışdı ki, Romada qladiator döyüşləri qadağan olunanda insanlar başı kəsilmiş məhkumların qanını içərək müalicələrini davam etdirirdilər. Qəribəsi odur ki,  bəzi Romalı həkimlər bu müalicə üsulunun həqiqətən də effektli olduğunu yazıb. İnsan qanı içənlərin epilepsiyadan xilas olduğunu gördüklərini belə iddia ediblər.

5. Qadınlar Qladiatorların ölü hüceyrələrini üzlərinə sürtürdü

O vaxtlar Romada sabun çətin tapılırdı, bu üzdən də idmançılar bədənlərini yağa bulayaraq xüsusi hazırlanmış alətlə ölü hüceyrələrini qaşıyıb təmizlənirdilər. Qladiatorların ölü hüceyrələri isə şuşəyə yığılıb qadınlara satılırdı. Qadınlar həmin ölü hüceyrələri üz kremi kimi istifadə edirdi. Kremi bütün üzlərinə sürtən qadınlar qladiatorların ölü dəri hüceyrələrinin onları kişilərə qarşı qoyulmaz edəcəyinə inanırdılar.

6. Pompey şəhəri açıq-saçıq rəsmlərlə dolu idi

Pompeyi yer üzündən silən vulkanik partlayış bu şəhərin arxeoloqlar üçün möhtəşəm bir şəkildə qorunmasını təmin etdi. Arxeoloqlar ilk araşdırmalarında o qədər çox açıq-saçıq şeylə qarşılaşmışdılar ki onları xalqdan gizləmişdilər. Pompey başdan ayağa riskli sənət əsərləri ilə dolu idi və bu üzdən də hmin əsərləri kimsəyə göstərmədən yüz illərlə gizli məkanda saxlayıblar. Bütün şəhər çılğın erotik sənət əsərləri ilə dolu idi. Məsələn, keçi ilə cinsi əlaqədə olan Pa heykəli idi. 

Üstəlik, şəhər fahişələrlə dolu olub. Bu gün Pompeyi gəzərkən Romalıların yaşamlarını göstərən dəlillərlə qarşılaşmaq olar. Məsələn, yolun üzərində həkk olunmuş penis rəsmi ən yaxın fahişəxananı göstərir.

7. Təhlükəli yerlərdə şans gətirsin deyə penis rəsmləri olardı

Penis rsmləri Romada olduqca populyar olub. Romalılar utancaq olmayıblar, əksinə, insanlar penislərini  qürurla nümayiş etdirirdi. Bəzən boyunlarında penis boyunbağılar daşıyırdılar. Misdən düzəldilmiş penis boyunbağılar Romalı kişilərin geniş dəb forması idi. Roma dövründən qalan sənədlərə görə, bu boyunbağılar onları geyən insanlara təhlükənin gəlməsinin qarşısını alırdı. 

Əlbəttə ki, sadəcə bununla kifayətlənmirdilər. Yaxşı şans gətirdiyi düşünülən penisler eyni zamanda səyyahları üçün təhlükəli sahələrə çəkilirdi. Kəskin döngələrdə, hər an uçma ehtimalı olan körpülərdə də keçənlərə yaxşı şans gətirsin deyə penis rəsmləri vardı.

8. Romalılar tarixdə ilk “arxa göstərmə” nümayişini həyata keçirib

Roma tarixdəki ilk “arxa göstərmə” şousuna ev sahibliyi edib. Yəhudi keşiş olan Flavius Josephus Qüdsdəki bir üsyandan danışarkən “arxa” göstərməyin ilk təsvirini verib. Yəhudi bayramı zamanı Romalı əsgərlə, insanların üsyan ehtimalına qarşı Qüdsün xaricinə yerləşdirilib. Məqsədləri sülhü bərqərar etmək olub, amma bir əsgər bundan daha artığını edib. Josephusun sözləri ilə desək, “əsgər paltarlarının arxasını qaldıraraq üzünü başqa tərəfə çevirib, utanmaz şəkildə yerə çömbəlib və insanların tanrılarına dua etdiyi yerdə bərbad iy verən qoxu buraxıb". Yəhudilər bundan yaman dilxor olur. Əvvəlcə əsgərin cəzalandırılmasını istəyirlər, sonra əsgərə daş atmağa başlayırlar. Qısa müddət ərzində Qüdsdə böyük üsyan başlayır və min il yaşayacaq olan “arxa göstərmə adəti” yaranır.

9. Romalılar yeməyə davam etmək üçün qusurdular

Ziyafətlərdə Romalılar yeyə bildikləri qədər yeyirdilər, yeməyə davam etmək üçün isə qusurdular. Bəzi insanlar yaxınlığında saxladıqları kasalara qusurdular, amma digərləri bu qədər rəsmi olmazdı. Bəzi evlərdə insanlar elə yerə qusar, sonra da yeməyə davam edərdi. Bu zaman ən dözülməz vəziyyətlə qullar qarşılaşardı. Belə ki, ziyafətlərdə bir qul tüpürcəkləri təmizləyərkən, digəri sərxoşların qusduqlarını əlinə yığardı.

10. Araba sürənlər keçi peyinindən hazırlanmış içki içərdilər 

Romalıların yara lentləri yox idi, buna görə də yaralarını sarımağın başqa yolunu tapıblar. Romada insanlar yaralarını peyinlə sarırıyırdılar. Ən yaxşı keçi peyini yay aylarında toplanıb qurudulurdu. Təzə peyini isə ancaq "təcili vəziyyətlərdə" istifadə edirdilər.

Romalıların keçi peyinindən həm də araba sürücülərinin içməsi üçün enerji içkisi hazırlayırdılar. Bunun üçün keçi peyinini ya sirkədə bişirirdilər, ya da toz halına gətirib içkilərə qarışdırırdılar. Yorğun olanda enerji versin deyə bu qarışığı içirdilər. Bu, kasıb birinin istifadə etdiyi bir üsul deyildi. İmperator Neron qədər keçi peyinini içməkdən zövq alan biri yox idi.

 

Xəbər lenti