Ehtiras, şərab, pizza və dəbin vətəni İtaliya. İtaliya mədəniyyəti və folkloru o qədər zəngindir ki, sadəcə bir neçə şəhərini gəzmək, hələ İtaliyada olmaq anlamına gəlmir. Burada hər daşın, hər tikilinin öz tarixi var. Odur ki, İtaliyanı daim kəşf etmək gərəkdir.
İtaliya haqda ən maraqlı və bilmədiyiniz faktları təqdim edir.

1. İtaliyada uşaq evi yoxdur.
2. İtaliyada küçə heyvanları olmur.
3. İtaliya kişiləri həyat yoldaşlarından çox qorxurlar.
4. Kafe və barlarda ingiliscə qəhvə istəsəniz pulunu ikiqat artıq ödəməli olacaqsınız.
5. İtaliyalılar yeməyi əsasən axşam yeməyə üstünlük verirlər.
6. Cənuba düşdükcə əhali daha mehriban və qonaqpərvərdir.
7. Bu dildə sözlərin hamısı saitlə bitir.

8. İtaliya ən uzun ömürlü ölkələr siyahısındadır.
9. Dünya mədəniyyəti irsinin 60 faizi İtaliyada qorunur.
10. İtaliya mononasional ölkədir, əhalisinin 95 %-i italiyalıdır.
11. İtaliyada uğur əldə etmək üçün mütləq hörmətli və imkanlı şəxslə qohum və ya dost olmaq lazımdır.
12. İtaliyalılar mavi gözlü insanlardan ehtiyat edirlər. Hesab edirlər ki, bu şəxslərin onlara daha tez gözü dəyər.
13. İtaliyalılar tənbəldirlər, işləməyi o qədər də sevmirlər, amma onlara bunu hətta zarafatla belə, deyəndə inciyirlər.
14. İtaliya ərazisinin 80%-ni dağlar təşkil edir.

15. İtaliyada səfərdə olsanız gecə vaxtı çimərliyə getməyin, yoxsa cərimələnəcəksiniz.
16. İtaliyalılar almanlardan fərqli olaraq punktual deyillər, əgər bir italiyalı ilə görüşünüz varsa, o görüşə gecikə bilərsiniz, çünki vaxtında gəlsəniz çox gözləməli olacaqsınız.
17. İtaliyada kişiləri 40 yaşınadək anaları ilə birgə yaşaya bilərlər.
18. İtaliyalıların bizimlə daha bir oxşar cəhəti odur ki, onlar da çox vaxt yüksək səs tonunda danışırlar.
19. İtaliyanın bir çox bölgələrində cümə günü kişilərin günü sayılır. Həftənin bu günü bütün əyləncə və istirahət mərkəzlərində ancaq kişiləri görə bilərsiniz. Cümə günü əylənən xanımlar yüngül əxlaqlı hesab olunurlar.
20. Əsl italiya pizzasının tərkibində toyuq əti olmur.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub