İnsanları dəli edən "Lənətlənmiş çörək" Eyforiya, qarabasma, cinayətlər... - FOTOLAR

815
İnsanları dəli edən "Lənətlənmiş çörək" Eyforiya, qarabasma, cinayətlər... - FOTOLAR

Fransanın Grad bölgəsində kiçik bir kənd kimi tanınan Pont-Sent Esprit öz halında, sadə insanların yaşadığı bir yer olub. Olduqca səssiz təbiəti olan kənddə insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün səhər işə gedir, axşam isə evlərinə qayıdırdılar. 1951-ci ilə qədər heç bir fövqəladə hadisənin qeydə alınmadığı bu kənd bir an içində lənətlənmiş əraziyə çevrilib.

Publika.az sizə 65 ildir sirri açılmayan lənətlənmiş kənd haqqında qandonduran faktları təqdim edir:

1951-ci ildə Fransadakı kiçik qəsəbədə başlayan yeni gün özü ilə dəhşətli fəlakətlər gətirir. Kəndlilər son dərəcə həyəcanlı əhval-ruhiyyədə qəribə məxluqlar, vəhşi heyvanlar gördüyünü iddia edərək yerli orqanlara şikayət etməyə başlayırlar. Kəndlilərin vahiməli davranışlarını görən rəsmilər məsələ ilə bağlı ciddi araşdırma aparmağa məcbur olur.

16 avqust 1951-ci ildən başlayaraq, kənddə dəhşətli cinayətlər qeydə alınmağa başlayır. O gün hər kəs əjdaha və bənzəri yırtıcı heyvanların, ilanların onlara hücum edib öldürəcəyini iddia edirdi.

Həmin gün eyni anda kəndin müxtəlif yerlərində bir neçə cinayət hadisəsi baş verir. 11 yaşlı Çarlz Granjhon evdən qaçaraq nənəsini boğaraq öldürür, Qabriel Validre adlı kişi özünə qəsd edir. İntihar etməzdən əvvəl isə otaq yoldaşının başını dəmirə keçirir. Sol qulaq nahiyəsindən girən dəmir kişinin başını parçalayaraq beynini çölə tökür. Qarnına isə ilan sancmasına bənzər şəkildə qaynar çəngəllər batıran Qabriel onu amansızcasına öldürdükdən sonra özünü də öldürür.

Başqa bir hadisədə evindən çıxan qadın pələnglərin hücumuna məruz qaldığını iddia edir. Kənddə yaşayan insanlar istisnasız xəyal görürdülər. Bunun səbəbini bu günə qədər heç kəs bilmir. Gördüklərini iddia etdikləri məxluqlar, əjdahalar, pələnglər, ilanlar və daha bir çox heyvanlar kəndliləri bir sözlə dəli edirdi.

Baş verən maraqlı hadisələri araşdıran rəsmi orqanlar qəribə məxluqlar gördüyünü iddia edən təxminən 300 nəfər kənd sakinini saxlayır. Onlardan 50-si ilkin tibbi müayinədən sonra ağıl xəstəxanasına yerləşdirilir.

Xəstəxanaya aparılan insanların içərisində ürəyinin yerində olmadığını iddia edən sakinlər də olub. Onlar ürəklərini gizlətdiklərini deyərək bir gün onu götürməyə gedəcəklərini deyiblər.

Xəstəxanadakı sakinlərdən biri özünün təyyarə olduğunu iddia edərək 3-cü mərtəbədən tullanıb. Düşdüyü yerdən qaçmağa başlayan 45 yaşlı kişinin kəndin ziyalısı olduğu iddia edilir.

Uzun müddət davam edən araşdırmalardan sonra kəndi cəhənnəmə, kənd əhalisini isə dəliyə çevirən hadisələrin sirri məlum olub. Çox sayda insanın ölümü ilə nəticələnən hadisələrin səbəbkarı kənddə çörəkçi işləyən Rok Briand olub.

Araşdırmalardan sonra məlum olub ki, Briandın kəndlilərə satdığı çörəklərin içərisinə qoyduğu zəhərli göbələklərin (ergot) tərkibində olan kimyəvi maddələr onların qarabasma görmələrinə səbəb olub.

Dünyada ən zəhərli göbələk kimi tanınan ergot göbələyinin tərkibində ən güclü narkotik təsirə malik, güclü eyforiya hissi yaradan hallyusinogen maddələr var.

Hərçənd ergot göbələyi barədə iddialar bütün suallara aydınlıq gətirmirdi. Mütəxəssislər yüksək soba istisinin göbələyin tərkibindəki təsiri yox edib-etməyəcəyi barədə tərəddüd edirdilər. “Bişmiş bir göbələk bu dərəcədə eyforiya yarada bilərdimi” sualı hələ də cavabsız qalıb.

12 kənddə ard-arda 2 ildən çox davam edən intihar hadisələri camaatı dəli edirdi.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi "MK-ULTRA" layihəsi çərçivəsində zehin və psixologiya nəzarəti ilə əlaqəli bir sıra qeyri-etik təcrübələr həyata keçirir. Amerikan ordusunun bioloji silahlar üzrə mütəxəssisi Frank Olson LSD (güclü narkotik vasitə - red.) üzərində təcrübələr aparır. Bu, Olsonun şüurunda narahatlıq yaradır. LSD-nin əks təsiri onu intihara sürükləyir. Təcrübələri barədə ictimaiyyətə məlumat vermək istəyən Frank qaldığı otelin 13-cü mərtəbəsindən özünü ataraq intihar edir.

Kəndin 100 km yaxınlığında yerləşən zavodlar “soyuq müharibə”nin səbəblərindən biri kimi qiymətləndirilir.

Aparılan bir təcrübədə LCD-nin 297 milliqramını bir filə yeridən Frank filin həyatının bir neçə saniyə içərisində məhv olmasını izləyir.

300 kəndlinin uzun illər qarabasmalar gördüyü, 7 kəndlinin faciəli şəkildə həyatını itirdiyi hadisə "lənətlənmiş çörək" olaraq tarixə düşüb.

Bu günə qədər baş verən dəhşətli hadisələrdə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ittiham edilsə də, MKİ bu iddiaları heç vaxt qəbul etməyib. Hadisələr isə illərdir sirli şəkildə qalıb.

 

Xəbər lenti