Türkiyənin Tunceli şəhərində heyvandarlıqla məşğul olan 14 yaşlı Həbib Bitkin TEOG (ibtidai sinifdən yuxarı sinfə keçid) imtahanında 6 fənn üzrə verilən 120 sualdan 119-na düzgün cavab verərək Türkiyə rekordu qırıb.
Publika.az xəbər verir ki, biotexnologiya mühəndisi olmaq istəyən Həbibi prezident Rəcəb Tayyib Ərdoğan İstanbula dəvət edərək böyük qonaqlıq verib.
İmtahandakı uğuruna görə Həbibə bir çox özəl lisey və kolleclərdən təklif gəlib. Gələn təklifləri özü dəyərləndirən Həbib Kanadada yerləşən özəl bir kollecdə təhsilini davam etdirəcəyini deyib.
Çoban ailəsində böyüyən və ağır şəraitdə imtahana hazırlaşan Həbib “həftə sonları ailəmə yardım etdiyim üçün imtahana hazırlaşmağa çox az vaxtım olurdu. Buna baxmayaraq, imtahanda çox böyük nəticələr əldə etdim. Bundan sonra Kanadada ingiliscə təhsil alacağam. Bu mənim ölkəmə fayda verməyim üçün böyük şansdır” - deyib.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub