Bir qızın yumurtalıqlarından beyin çıxması xəbəri qulaqlara nə qədər real gəlməsə də, hadisə doğrudur.
Yaponiyada həkimlər 16 yaşında bir qızı yumurtalıqlarındakı şiş səbəbilə əməliyyata ediblər. Əməliyyat əsnasında qızın yumurtalığındakı şişin içərisində inkişaf edən digər orqanların olduğunu görən həkimlər çaşbaş qalıb.
Həkimlər qızın yumurtalığındakı şişin xaricində, kiçik, lakin inkişaf etməkdə olan bir beyin, saç kütləsi və balaca sümük parçaları olduğunu görüblər. Şiş içində inkişaf edən beyin, təxminən 3 santimetr genişliyində, olduqca mütəşəkkil sinir toxuması olub.
16 yaşında bu qızın əməliyyatı müvəffəqiyyətli keçib. Şişlə yanaşı digər parçalar da tamamilə təmizlənib.





1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub