Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi “çağırılmamış qonaqlar”dan əziyyət çəkir. Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunub. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət “şahin quş dəstələri” saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Robird” adlanan robot Niderlandın Tvente Universitetində hazırlanıb. Forma, rəng, hərəkət və uçuş xüsusiyyətlərinə görə robotlaşdırılmış şahini uzaqdan həqiqi quşdan fərqləndirmək qeyri-mümkündür. Vəhşi quşlar robot şahini canlı quş və ac yırtıcı kimi qəbul edərək onun olduğu yerdən uzaqlaşmağa çalışırlar.
Məlumata görə, saatda 80 km sürət toplayan robot quş uzaq məsafədən avadanlıq vasitəsilə idarə olunur. Hazırda robot quş aeroportda növbətçilik etsə də, onun tətbiq edilmə sahəsi hava məkanının mühafizəsi ilə məhdudlaşmayacaq. Texnologiyanın tətbiqi üçün vacib sahələrdən biri də kənd təsərrüfatı hesab olunur. Mütəxəssislər tezliklə səmada robotlaşdırılmış şahinlər dəstəsinin görünəcəyini istisna etmirlər.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub