Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın "Model olmaq istəyirəm" - FOTOLAR

686
Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın "Model olmaq istəyirəm" - FOTOLAR

26 yaşlı Sara Qyurts dünyanın ən nadir, qəribə xəstəliklərindən birinə mübtəladır. Onun dərisi əzələ həcmindən artıq olduğundan sallanır, qatlanır. Buna rəğmən, Sara model olmaq niyyətindədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatındakı Minneapolis şəhərində yaşayan 26 yaşlı Sara Qyurts Eler-Danlos dermatoparaksis sindromu (Dermatosparaxis Ehlers-Danlos syndrome) xəstəsidir. Bu sindromlu insanlarda xəstəlik orqanizmin hər geninə, molekuluna sirayət edir. Saçlar tökülür, oynaqlar və sümüklər kövrəkləşir.

Xəstəlik səbəbindən Sara yaşından xeyli qoca görünür.

"Moda biznesində olan gözəllik standartlarına meydan oxumaq, model olmaq istəyirəm. Bu arzumu gerçəkləşdirmək üçün bütün qüvvəmi və imkanlarımı səfərbər etmişəm", - Sara deyib.

   

 

Xəbər lenti