Hindistanın əyalətlərindən birində doğulan 8 yaşlı uşağın ünü hər yerə yayılıb. Belə ki, uşağın belindəki uzun tükü görənlər onun tanrı olduğuna inanır və hörmət edirlər.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, yerli xalq Dulha Singh adlı uşağın meymun tanrısı Hanumanın təcəssümü olduğuna inanır. Dulha belində tüklə doğulub. Tüklər zamanla uzanıb quyruq formasına düşüb. Uşağın ailəsi pis şans gətirəcəyinə inandığı üçün tükləri kəsmək fikrində deyil.
Dulhanın əmisi Sahib Singh bunu belə izah edib: "Bir dəfə anası quyruğu kəsmək istədi, amma kəsə bilmədən öldü. O gündən bəri quyruğu kəsməməyə qərar verdik. Uşağa da gözüm kimi baxıb qoruyuram".
Ətraf kəndlərdən olan əhali uşağı görmək üçün həmin əyalətə gəlir və Dulhaya dua edir. Yalnız quyruğuna toxunub duasını almaq üçün kilometrlərlə uzaqlıqdan ziyarətə gələnlər olur. Çünki onun meymun tanrısı Hanuman Ji kimi olduğuna inanırlar.
Dulha isə özünü tanrı olaraq görməsə də, quyruğunun ona tanrının bir hədiyyəsi olduğuna inanır və kəsmək istəmir.




1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub