Pakistanlı həkim Rehan Munir işləmək üçün ABŞ-a gəldiyi zaman qəribə hadisə ilə qarşılaşıb.
Mynews.az-ın xarici mətbuata istinadən məlumatına görə, gənc həkim bir anda nəyə uğradığını anlamayıb. Onun sosial şəbəkədə verdiyi elan minlərlərlə şəxs tərəfindən paylaşılıb.
Bunun səbəbi Rehan Munirin yaraşıqlı olmasıdır. O əvvəllər də Pakistanda reklam çarxlarında rol alıb.
Hadisə belə başverib.
Rehan Nyu-Yorkda yaşamaq üçün sosial şəbəkədə ev tapmaq üçün olan səhifələrin birində "Professional, səmimi və yaşamaq üçün asan biriyəm. Mənim üçün təmizlik ən əsas şərtdir" yazıb. Ayda 600 dollara əşyaları olan ev axtardığını bildirən Munirin elanı qısa müddətdə minlərlə şəxs tərəfindən paylaşılıb.
Gənc qadınlar Munirə onların şəxsi evində pulsuz qalmağı təklif ediblər. Bu cür mesajlardan sonra təəccüblənən gənc jurnalistlərin suallarını cavablandırarkən belə deyib:
"Elanı verdim, ertəsi gün oyandığımda elanımın altında bir çox mesaj var idi. Elanımın yerli və beynəlxalq bir çox bloglarda yayıldığını gördüm”.
Bu durumun gülməli olduğunu söyləyən Munir "İnternet həqiqətən sürprizlərlə dolu" dedi.





1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub