USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Həkimlər başı deşir, dili kəsirdilər Qandonduran müalicə üsulları - FOTOLAR

20:36 24.06.2017
Həkimlər başı deşir, dili kəsirdilər Qandonduran müalicə üsulları - FOTOLAR
20:36 24.06.2017

Tibb tarixində hələ lap qədimdən bəzi müalicə üsulları olub ki, xəstəliklərindən daha betər, daha qorxulu hesab edilib. Ancaq şükürlər olsun ki, tibb inkişaf etdikcə həmin qandonduran müalicə üsulları da yavaş-yavaş aradan çıxmağa, tarixə qovuşmağa başlayıb. 

Moderator.az-ın təqdim etdiyi bu yazıda tibb tarixindəki ən dəhşətli 5 müalicə üsulu ilə tanış olacaqsınız.

1. İnsulin şoku

Şizofreniya bir vaxtlar tam olaraq diaqnozu qoyulmamış bir xəstəlik olub. Bunun üçün həkimlər xəstələrin bədəninə insulin yeridərək, onları şəkər komasına salırdılar. Bu müəyyən vaxtlarda işə yarayan bir müalicə üsulu olsa da həyati təhlükə səviyyəsi yüksək idi. Şizofreniya xəstələri komadan çıxdıqdan sonra daha az qarabasmalar görür, daha sakit olurdular.

2. Lobotomiya

Bu dəhşətli "müalicə", adətən şizofreniya xəstələrinə tətbiq edilirdi. Bu müalicə üsulunu kəllənin içinə uzun mıxa bənzər metal bir cism, mismar vurmaq kimi ön beyn əməliyyatı formasında da izah edə bilərik. Əvvəllərdə mübahisəli bir üsul olsa da 1935-ci ilə qədər təxminən 20 il ərzində həyata keçirilmiş bir müalicədir. Zamanla bu mülaicə üsulunu antipsikotik dərmanlara əvəz edib. 

3. Hemiqlosektomiya

Qlosektomiya deyilən müalicə üsulu dilin bütövlükdə orqanizmdən çıxarılması prosesidir. Hemiqlosektomiya isə dilin yalnız bir hissəsinin kəsilərək götürülməsi əməliyyatıdır.

Bir Alman cərrahı Diffenbax tərəfindən nitq pozğunluğu olan insanların müalicəsi üçün istifadə edilib. Günümüzdə belə bir üsul tətbiq olunmur. Bunun əvəzinə "danışma müalicəsi" deyilən üsullar tətbiq edilərək bəzi narahatlıqlar aradan qaldırılır.

4. Elektrokonsulsiv terapiya

ETC olaraq da bilinən bu müalicə üsulu, ümumiyyətlə, psixiatriya problemləri olanlar üçün istifadə edilirdi. 1930-cu illərdən başlayan bu müalicə üsulunun inkişaf etmiş bir növü günümüzdə də davam edir. Bu üsulda beyinə elektrik verilərək şok təsiri həyata keçirilir. İndilərdə daha risksiz olsa da, ilk vaxtlarda elektroşok həqiqətən böyük işgəncə hesab edilib.

5. Trepinasyon

Orta əsrlərdə çox geniş tətbiq olunan trepinasyon insanın kəllə qapağının canlı-canlı deşilməsi ilə həyata keçirilən bir müalicə üsulu idi. Xəstəyə hakim olan pis ruhları qovmaq üçün aparılan müalicənin baş ağrılarından tutmuş yoluxucu xəstəliklərə qədər bir çox narahatlığa yaxşı təsir etdiyi hesab edilirdi.

 


Maraqlı

Xəbər lenti

300x200r