“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək.
Mynews.az-ın məlumatına görə, sözügedən messencerin istifadəçiləri bir-birilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq.
Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.
Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.
“WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub