Mariya Qarsiya və Migel Restrepo adlı cütlük 22 ildir ki, şəhər kanalizasiyasında yaşayır.
Mynews.az-ın məlumatına görə, Kolumbiyanın Medeline şəhərində yaşayan bu şəxslər bir zamanlar küçədə yaşayaraq narkotik vasitələrdən istifadə ediblər.
Cütlük onlara ev və maliyyə dəstəyi təqdim edə biləcək dostları və qohumları olmadığından kanalizasiya borusunu kiçik evə çevirməyə qərar verib.
O zaman narkotiklərin nə qədər zərərli olduğunu tam olaraq dərk etdilər. Bununla belə Mariya və Migelin ailəsi daha da möhkəmləndi.
Kiçik evlərində elektrik enerjisi də mövcuddur. Cütlük tədricən özünə mətbəx də qura bilib.
Onların Bleki ləqəbli iti də var.
Bu ağır şəraitə baxmayaraq, cütlük həyatlarından tam məmnun olduğunu bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub