Otaq yoldaşı onun fotosunu çəkdi, lakin arxa fonda duman formasında naməlum insan silueti kadra düşdü. Bir neçə gün bundan öncə mediada yayılan fotonun ilginc məqamları üzə çıxıb.
Mynews.az-ın məlumatına görə, bu barədə big.az-a danışan Nigar Səfərova fotonun və həmin naməlum dumanın kadra tuş gəlməsindən söz açıb: “Şəkildəki mənim otaq yoldaşımdır. Amma duman halında kadra düşən varlıq haqqında heç bir fikrim yoxdur. Bu hadisə, əslində, 2013-cü ildə 28 mayda, Respublika günündə çəkilib. Həmin şəkli çəkəndən sonra fərqinə vardıq ki, kadra belə bir varlıq düşüb. Heç kimi inandıra bilmədik ki, bu bir montaj deyil, tam real kadrdır. İşıq sınmasına da oxşamır. Otağımız ortada idi, bayıra açılan pəncərəsi də yox idi. Həmin otaqda mən qalırdım. O vaxtlar evdə tək qala bilmirdim, 1-2 dəfə tək qalanda bütün otaqların, hamamın, eyvanın işıqlarını yandırıb səhərə qədər bu otaqdan o birinə keçirdim. Elə bilirdim ki, otaqda kimsə var, yatmırdım. O qorxu ilə uzun müddət o evdə qaldıq. Şəkildə gördüyünüz qızın atası rəhmətə getmişdi. Qız həmin gün məscidə getdi, axunda hadisəni danışdı. Axund da deyib ki, atanın ruhudur. Əlbəttə, mən bu cəfəngiyata inanmasam da, o şəkilin çəkildiyi evdə qalmaq qorxulu idi. Hələ də o şəkildə düşən varlığın nə olduğu hamımıza maraqlıdır”.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub