İngiltərədə yaşayan 11 yaşlı hind əsilli Arnav Şarma "Mensa İQ" testində 162 xal qazanıb.
"Ölkə.Az" xəbər verir ki, Şarma bununla da Eynşteyn və Houkinqi üstələyərək ən yüksək xalı toplayıb.
Sözügedən test dünyanın ən prestijli İQ testlərindən biridir. Məşhur alim Eynşteyn və ingilis fizik Stiven Houkinq bu testdə 160 xal toplamışdılar.
"Mensa" testinin çox çətin olduğunu və bir çox insanın bu testi keçə bilmədiyini xatırladan Şarma 2.5 saat ərzində sualları cavabladığını və imtahana heç bir hazırlıq etmədən girdiyini qeyd edib.
Daha əvvəl belə bir imtahanda iştirak etmədiyini bildirən Şarma gərgin olmadığını, nəticəyə ailəsinin çaşqınlıq keçirdiyini vurğulayıb.
Qeyd edək ki, ötən il 12 yaşlı hind əsilli İngiltərə vətəndaşı Rajqauri Pavar adlı qız da testdən 162 xal toplamışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub