Azərbaycanda bir ilk! Bu yeniliyi çox sevəcəksiniz!

821
Azərbaycanda bir ilk! Bu yeniliyi çox sevəcəksiniz!

Azərbaycanda müxtəlif məkanlar barədə məlumatları özündə toplayan yeni platforma yaradılıb. Belə ki, Neharada.az saytı və mobil tətbiqi ilə Azərbaycanın şəhər və rayonlarında yerləşən məkanların yerini dəqiq tapmaq, onların göstərdiyi xidmətlər barədə dolğun informasiya əldə etmək mümkündür. Artıq mobil tətbiqi də istifadəyə təqdim edilən Neharada.az bazara özü ilə bir neçə yenilik gətirib.

Neharada mobil tətbiqi əlavə xidmətlərinə görə saytdan fərqlənir. Platformaya hər kəs özü məkan və ya xidmətini rahat əlavə edə bilir. Bunun üçün “Əlavə et” funksiyasından faydalanmaq olar. “Yaxınımda” bölməsi üzərindən ilə isə Sizə yaxın məkanları tapa və oraya gedə bilərsiniz. Həm sayt həm də mobil tətbiqdə məkanlarda keçirilən tədbirləri də əlavə etmək mümkündür.
Platformada olan xidmət sahələrindən istifadə edib, bunu hər hansı bir digər yaxınınız ilə paylaşsanız, bu paylaşıma görə Sizə QR kod verilir. Məsələn, hər hansı bir kafedəsiniz və platforma vasitəsilə həmin məkanı sosial şəbəkədə öz səhifənizdə və ya bir dostunuz ilə bölüşürsünüz. Bu paylaşıma görə kafedə müəyyən olunmuş güzəşti əldə edirsiniz. İş prinsipi belədir. Siz paylaşım edəndə sistem sizə bir QR kod təqdim edir və bu 20 dəqiqə içərisində aktiv olur. QR kodu hesab ödənişi zamanı təqdim edirsiniz və kassada skan olunub sizə güzəşti əldə edirsiniz. Bir QR kod ilə bir güzəşt əldə etmək mümkündür. Bir xidmət üzrə bir gün ərzində bir adam ən çox 3 dəfə güzəşt əldə edə bilir. İstifadə olunmuş və ya vaxtı keçmiş QR kodla kassaya yaxınlaşıb, güzəşt istəsəniz, bu, mümkün olmayacaq. Çünki yalnız bir paylaşıma görə bir güzəşt edilir. Yəni yeni paylaşım yeni güzəşt deməkdir.
Layihə rəhbərinin sözünə əsasən bildirmək istərdik ki, Azərbaycan bazarında bu mexanizmlə işləyən alternativ bir layihə yoxdur.
Digər bir yenilik isə “Feedback” ( Şərhlər) bölmüdür:
Avropa və Asiya ölkələrində buna oxşar layihələr var ki, onlar restoranlar üçün Feedback sahəsi üzrə ixtisaslaşıb. Belə ki, insanlar rəylərə, reytinqə görə məkanları tərcih edir. Məsələn, axşam yeməyə getmək istəyirsiniz, seçmək istədiyiniz məkanın kriteriyalarına platformadakı rəylərdən baxırsınız. Bu, ciddi məsələdir. Ayrıca özəl günlərdə restoranlarda yaşanan sıxlığı düşünsək bunun nə demək olduğunu yaxşı başa düşərik. Restorana gedib yer seçmək istəyirsən, amma rezervasiyan yoxdursa, bu, mümkün deyil. Yer tapa bilmirsən. Biz platformada bu problemə də son qoymaq hədəflənib. Layihə rəhbəri qeyd edib ki, hazırda tətbiqdə 1000-dən çox məkan aktivdir və bu say gün keçdikcə artır.
“Bir çox ölkələrdə QR kodlardan istifadə əhali arasında çox populyardır. Azərbayacanda isə bu sahə hələ tam geniş yayılmayıb deyə bu istiqamətdə daha çox işlər görüb, insanların diqqətini cəlb etməyi düşünürük” deyə vurğulayıb.
Qeyd edək ki, platformada məkanlar sırasında alış-veriş, əyləncə, turizm, idman, tibb mərkəzlərini, kafe, restoranları, şadlıq saraylarını, otelləri, mağazaları, təhsil ocaqlarını, dövlət orqanlarını, bankları, muzey və kinoteatrları və s. kimi yerlər əlavə edilib. Bu imkandan isə dünyanın istənilən yerindən faydalanmaq olar.
Hələlik yalnız Azərbaycan dilində olan platforma gələcəkdə digər dillərdə də təqdim ediləcək.
Platforma ilk olaraq Android telefonlar üçün nəzərdə tutulub. Tətbiqi buradan yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=az.neharada.places

 

Xəbər lenti