Zaqatalada quyruğunda da başı olan ilan tapılıb.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, uzunluğu 35 santimetr olan bu qeyri-adi ilan görənləri heyrətə salır.
Aydın Paşayev - sakin: "Bağı sulayarkən, gördüm ki, ilan balasıdır, ikibaşlıdır. Bilmirəm haradan düşmədir".
İlanın hər iki başı eyni dərəcədə aktivdir və hər tərəfdəki gözləri görmə qabiliyyətinə sahibdir. Təcrübəsi olanlar deyirlər ki, daha öncələr də ikibaşlı ilana rast gəlinib, ancaq quyruğunda başı olan ilan ilk dəfədir ki, görülür.
Zooloqların bildirdiyinə görə, Amfisbena adlanan bu ilan dünyada nadir rast gəlinən sürünəndir. Lakin hələ qədim tarixçilərin əsərlərində belə amfisbena haqqında müəyyən yazılar qeyd olunub. Hətta zirəklik rəmzi hesab edilən bu canlının təsviri bir çox qədim simvollarda da öz əksini tapıb. Azərbaycanda geniş yayılmasa da nadir hallarda bəzi ərazilərimizdə rast gəlinib. Lakin tarixi rəvayətlərdəki mistik obrazı ilə hər zaman insanların marağına səbəb olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub