Yenidən dünyaya gələn uşaq qatilini tutdurdu ŞOK HADİSƏ - VİDEO

799
Yenidən dünyaya gələn uşaq qatilini tutdurdu ŞOK HADİSƏ - VİDEO

1990-ci ildə İngilis BBC televiziyasında yayımlanan sənədli filmdə göstərilən hadisə ruhun ölümdən sonra başqa birinə keçməsi ilə bağlı dəlillərindən biri kimi göstərilir.

Belə ki, sənədli filmin qəhrəmanı olan Hindistanlı Titu adlı uşaq 2 yaş yarımına çatanda ailəsinə keçmiş həyatından və Aqra şəhərində yerləşən köhnə evindən danışmağa, nələrisə izah etməyə başlayır.

Danışdıqları hadisələr arasında əvvəlki həyatında bir radio dükanında işləməsi, adının Sureş  Verma olması və hətta Uma adlı həyat yoldaşından və 2 uşaq atası olması kimi maraqlı detallar da vardı.

İlk vaxtlar danışdıqları o qədər də ciddi qarşılanmasa da Titunun bir gün silahla vurularaq öldürüldüyünü və cəsədinin yandırılıb çaya atıldığını söyləməsi ailəsini qorxutmağa başlayır. 

Ailəsi Titunun söylədiklərini araşdırması üçün qardaşını hadisəni ətraflı öyrənmək üçün Aqraya göndərir. Bütün hekayə də bundan sonra başlayır.

Qardaşı Aqraya çatanda Titunun söylədiklərini araşdırarkən Uma adlı 2 uşaq sahibi dul bir qadının işlətdiyi "Sureş Radio" adlı bir dükan görür.

Sonra Aqraya gətirilən Titu hətta radio dükanındakı kiçik dəyişiklikləri belə fərq edir. Umaya əvvəlcədən getdikləri bir yarmarkadan bəhs edir və evlərinin bağında basdırdıqları qızılları yada salır.

Ölüm sənədlərinə baxanda Titunun əvvəlki həyatında sağ gicgahından vurulub öldürüldüyü və güllənin başının sol tərəfindən çıxdığı yazılmışdı. Buna görə Titunun saçları canlı yayımda təraş edilir. Güllənin çıxdığı hissədə 2 yara izi olduğu canlı yayımda ortaya çıxır. Bu olay bütün dünya mətbuatını şoka salır.

Hadisələr bununla da yekunlaşmır, Titu bu qədər məlumatdan sonra Aqradakı bir məhkəməyə cinayətin başqa detallarını da danışır. Prokurorlara cinayəti yenidən açmalarına üçün təsir edir. Titunun verdiyi məlumatlardan sonra Sureşin qatili cinayəti etiraf edir və qatil illər sonra həbs olunur.

Moderator.az sözügedən sənədli filmin videosunu da təqdim edir:

 

Xəbər lenti