Ailem.az sevgi haqqında təsdiqlənmiş 17 elmi həqiqəti təqdim edir. Bu yazıdan sonra siz də sevmək istəyəcəksiz.
– Qucaqlaşmaq insan ömrünü uzadır. Qucaqladığı insanla ürək döyüntüsü və bədən istiliyi bir-birini tənzimlədiyindən hər gün 20 dəqiqə qucaqlaşan cütlüklərin daha az ürək problemi yaşadığı və psixoloji problemlərlə nadir hallarda qarşılaşdığı deyilir.
– Qucaqlaşaraq yatmaq gün ərzində baş ağrısı riskini aşağı salır. Qucaqlaşarkən, öpüşərkən ifraz olunan oksitosin hormonu baş ağrısı müalicəsində istifadə olunan dərmanların ana maddəsidir.
– Stressli anda adi bir öpüş belə, stressi azaldır. Hətta stressli ikən sevdiyinin səni öpdüyünü düşünmək də stressi azaldır.
– Göz-gözə baxmaq. Bir-birinin gözlərinə 3 dəqiqə boyunca baxdıqda cütlüyün ürək döyüntüləri və nəfəs alıb vermələri tənzimlənir.
– Sevdiyin insanın şəklinə baxmaq o anda yaşanan fiziki ağrını azaldır.
– İlk baxışda sevgi tam başqadır. Bir insan saniyənin beşdə birində oksitosin ifraz etməklə aşiq ola bilər.
– Kişilərdə ilk baxışda aşiq olma nisbəti qadınlarla nisbətən daha yüksəkdir. Kişilərin 54%-i, qadınların isə 44%-i ilk baxışda aşiq ola bilir.
– Bir-birini cazibədar hesab etməyən insanların bir-birinə aşiq olma şansları yüksəkdir. Münasibətlərin 35%-i bu cür yaranıb.
– Sosial şəbəkələrdə tanış olub sevgili olanların 23-nün münasibəti evliliklə bitir.
– 1936-cı ildə evlənən Lionel və Ellen Buxton bir gecədən artıq ayrı qalmayıblar.
– Qu quşları tək erkəkli olurlar və ölənə qədər bir yerdə qalarlar.
– Dəniz atları da tək erkəklidirlər və quyruqları ilə bir-birindən tutunurlar.
– Yeni aşiq olan insanlarda tez-tez sevdiyini düşünməsinə səbəb olan hormonlar ifraz olunur. Buna görə ağılları havada olur sanki.
– Bir insan sevdiyi insanı əvvəl-əvvəl gözündə ideallaşdırır, müsbətlərini böyüdür və mənfilərini görmür. Buna görə “sevginin gözü kordur” deyirlər.
– Bütün bu səbəblərdən dolayı yaşanılan ayrılıq acısı gerçəkdir. Ürək ağrıları, nəfəs darlığına səbəb olur. Psixoloji olaraq da mənfi təsirlər yaradır.