Seks turizmində 10 ən mühüm dayanacaq - FOTOLAR

1163
Seks turizmində 10 ən mühüm dayanacaq - FOTOLAR

Dünyanın bəzi ölkələrində fahişəlik üçün heç bir qadağa yoxdur. Bu ölkələrdə fahişəlik sərbəstdir.

A24.Az  dünyanın seks turizmində mühüm əhəmiyyət daşıyan 10 dayanacağı təqdim edir:

Seks turizmində ən çox məşhur olan və son zamanlarda daha da inkişaf edən bölgələrdən biri də Karib hövzəsi ölkələridir.  Dominika Respublikası bu zonada 1-ci yerdədir. 60-100 min arasında seks işçilərinin təxmin edildiyi ölkədə fahişəlik qanunən sərbəst deyil. 

Bura Avropa və Amerikadan gəlmək çox asandır. Fahişəliyi artıran səbəblərdən biri də məhz çatımlılığın asan olmasıdır.

Kambocada da fahişəlik qanunda qadağan edilir.

Buna baxmayaraq ölkə seks dayanacağı kimi önəmli rol oynayır.  Ən acı məqamlardan biri isə fahişəliyin uşaqlar üzərindən qurulmasındadır.  Aclıq və səfalətlə savaşan ailələr uşaqlarını seks köləsi kimi satırlar və ya birbaşa seks alverçilərinə çevrilirlər.  Son zamanlarda seks kölələrinə qarşı təzyiqlər daha da artmaqdadır.

Hollandiya da seks turizminin əsas dayanacaqlarından biri sayılır.

Məşhur “Red light” küçəsi və Amsterdam bu sahədə böyük rol oynayır.  Turistlərin sayı artdıqca seks mağazaları və striptiz klublarının da sayı artır. Amsterdamda fahişəlik qanuni sayılır və seks işçilərinə nəzarət edilir. Seks işçiləri və müştərilər Amsterdamda özlərini daha təhlükəsiz hiss edə bilərlər.  Bölgənin daha çox diqqət cəlb etməsinə səbəb olan amillərdən biri də fetişizm imkanlarının daha çox olmasıdır.

Keniyada əhali səfalət içində yaşayır. Məhz buna görə də ucuz seks işçilərinin sayı durmadan artır.

 Seks biznesi 12 yaşdan başlayır.  Statistikaya görə, aclıq və səfalətlə mübarizə aparan ailələr uşaqlarını seks köləsinə çevirirlər. Bir küçə qadını ortalama olaraq bir gündə 5 kişi ilə cinsi əlaqəyə girir.  Qadınların yalnız  60 faizi prezervativdən istifadə edir. QİÇS xəstəliyi bu ərazidə daha çox yayılıb.

Fahişəliyin qadağan edildiyi, lakin vəziyətinin ağır olduğu ölkələrdən biri də Filippin adalarıdır.

Ölkədə 500 minə qədər seks işçisinin olduğu təxmin edilir.  Ölkəyə Qərbi Asiyadan turistlər daha çox gəlir. Qərbi asiyalı biznesmen turistlər üçün əlverişli ölkədir. Ölkəyə gələn turistlərin 60 faizi tək səyahət edir.

Kolumbiya da seks turizm zonalarından sayılır. Burada fahişəyə xarici görünüşünə görə qiymət verilir və açıq bazardır. Üstəlik fahişələr asanlıqla endirim edə bilirlər.

İndoneziya uşaqların fahişəliyə cəlb edilməsi sahəsində mübarizədə məğlub olan ölkələrdəndir.

Dövlət nə qədər çalışsa da, uşaqların seks köləsi olmağına qarşı təsirli addım ata bilmir.  Onlayn seks forumları, sosial medianın köməyilə insanlar ölkəyə gəlmədən seks işçiləri ilə görüşə bilirlər.

İspaniyanın Lbiza, Madrid, Barselona kimi şəhərləri gecə həyatını sevən turistlərin əsas dayanacaq nöqtələrindən biridr.

Son günlərdə İspaniyada seks turistlərinin sayı daha da artmaqdadır.  Fahişəliyin qanuni olduğu ölkədə sesk işçilərinin böyük əksəriyyətini cənubi amerikalılar təşklil edir.

Braziliya ekzotik vəhşi təbiəti,  gözəl insanları,  möhtəşəm qumlu sahilləri və festivalları ilə turistləri özünə cəlb edir.

Related image

Seks turizmi böyük bir sektoru ağuşuna alıb.  Dövlət mübarizə aparsa da fahişəliyin qarşısını ala bilmir.

Siyahıdı 1-ci yeri Tailand tutur.

Banqkokun məşhur qırmızı işıqlarla bəzədilmiş küçələrində sesk işçilərini görmək adi hal alıb. Ölkədə 3 milyon seks işçisi var. Onların 3-də biri yetkinlik yaşına çatmıyanlardır.  Qanunlar fahişəliyə qarşı ciddi şəkildə mübarizə aparmaqda acizdir.

Xəbər lenti