ABŞ-ın Ohayo ştatının "Fənər" tibb mərkəzinin direktoru Ceyn Makeş alzeymer xəstəliyindən (əsasən qoca insanlarda rast gəlinən, bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlik) əziyyət çəkən pasiyetləri üçün onları özlərini evlərində, əvvəlki illərdə hiss etmələri üçün dahiyanə layihə hazırlayıb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, qeyri-adi və çox gözəl görünən bu "küçə"ni xəstəxana adlandırmağa adamın dili gəlmir.
Dizayn elə hazırlanıb ki, xəstəxana keçən əsrin 30-40-cı illlərində indiki qocaların böyüdükləri şəhərciyi xatırlatsın. Palataların hər birində onların şəxsi "evləri" var.
Ayaq altında "otdan" xalça, başın üstündə "səma". Bütün bunlar yerli sakinlərin bioloji ritmlərini dəstəkləmək üçündür.
Burda gün ərzində təbiətə aid musiqilər səsləndirilir. Ətrafa nanə və sitrus qoxusu yayılır. Aparılmış tədqiqatlar göstərdi ki, aromaterapiya alzeymer xəstəliyindən əziyyət çəkənlərin səhhətinə müsbət təsir edir.
Burada hətta pasiyentlərin yığıldığı və ünsiyyət saxlaya bildikləri əsas küçə də var.
Yaşlı sakinlərin yataq otaqları təmiz və rahatdır.
Ceyn Makeş üçün bu xəstələrin təkcə rahatlığı deyil, həm də cəmiyyətin bu insanları necə qəbul etməsi əsasdır. O əmindir ki, belə mühit müalicədə böyük rol oynayır. Direktor hətta hesab edir ki, alzeymerdən əziyyət çəkən insanların emosional vəziyyətini yaxşılaşdırmaq üçün yeni üsullar fikirləşmək lazımdır.
Buna görə də pasiyentlər üçün daha iki qeyri-adi mərkəz açır.




1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub