Hindistanda bir gəlin görücü üsulu ilə evlənəcəyi bəyin "ilin rəqsi"ni gördükdən sonra evlənməkdən imtina edib. "Qaynarinfo" xəbər verir ki, gəlin bütün hazırlıqlar görüldüyü üçün bir gün sonra yenə görücü üsulu ilə başqa birilə evlənib.
Olay Hindistanın şimalındakı Uttar Pradeş əyalətində keçirilməli olan Priyanka Tripati və Anubav Mişranın toyunda baş verib. Məlumata görə, ailələr bir-birinə hədiyyələr verib, toydan öncəki bütün adət-ənənələrə əməl olunub. Lakin bəy gəlinin ailəsinin qarşılandığı zaman DJ-in çaldığı mahnıdan cuşa gələrək özünü yerə atıb, yerdə sürünərək və bəzi qəribə səslər çıxararaq "ilin rəqsi" etməyə başlayıb. Bu zaman dostları onun üzərinə pul töküb.
Şahidlərin sözlərinə görə, sərxoş olan bəy hind toylarında populiyar olan bu rəqsi çox fərqli şəkildə edib. Gəlin və ailəsi bir müddət çaşqınlıq içində onu izləyib. Gördüklərindən şoka düşən gəlin evlənməkdən imtina edib.
"İndia Times" qəzetinin xəbərində bildirilir ki, bəyin ailəsi gəlinin fikrini dəyişməsi üçün çox çalışsa da, istəklərinə nail ola bilməyiblər. Vəziyyət gərginləşdiyindən toy mərasiminin keçirildiyi yerə polis gəlib. Gəlinin atası isə "Qızımı dəstəkləməyə məcburam" deyib.
Toydan imtina edən gəlin bir gün sonra başqa bir nəfərlə evləndirilib. Onun üçün əri yenə ailəsi tapıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub