Hər atanın oğluna öyrətməli olduğu 8 şey SİYAHI

682
Hər atanın oğluna öyrətməli olduğu 8 şey SİYAHI

Çox insan elə düşünür ki, uşağın gələcəyi üçün ən önəmli vəzifə anaların üzərinə düşür. Lakin bu, doğru deyil. Belə ki, atalar da analar qədər bu məsələdə bərabər rol oynayırlar. Uşaq əgər oğlandırsa, onun öyrənə biləcəkləri şeylərin böyük bir hissəsi əslində ataların öhdəsinə düşür.

Mynews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bir atanın oğluna öyrətməli olduğu 8 vacib amil budur:

1. Necə qazanmaq lazım olduğunu və müvəffəqiyyəti qoruyub saxlamağı öyrədin.

Dostlarından başqa bir uşağın bütün rəqabətlərində ən böyük dəstəkçisi atasıdır. Məsələn, hansısa bir yarışa qatılan uşaq qazanmağın verdiyi hissin nə demək olduğunu bildiyi kimi, zəfərə çatmağın da hansı çətinlikləri olduğunu bilməlidir. Dolayısı ilə atalar övladlarını bu tip məsələlərdə həvəsləndirməli və onlara yol göstərməliirlər. Həmçinin məğlubiyyətin utanılacaq bir şey olmadığını və yıxıldığı zaman daha da sağlam şəkildə ayaqüstə durmaq gərəkdiyini söyləməli, həyatda heç nəyi yarıda buraxmamağı, sona qədər davam etdirməyi aşılamalıdırlar.

2. Qadınlarla necə rəftar edilməli və onlarla münasibətdə hansı məsələlərə diqqət yetirməli olduqlarını izah edin.

Bir ana bir qadına necə davranılmalı olduğunu sadəcə danışa bilər, amma bu məsələdə ən böyük vəzifə atalarındır. Çünki, uşaq atasının anasına necə münasibət göstərdiyinə baxıb nəticə çıxarır. Bunun üçün də ən yaxşı yol uşağın atasını daim izləməsi və ondan nəsə öyrənməsidir. Məsələn, həyat yoldaşınıza hədiyyə və ya çiçək alarkən övladınızı da özünüzlə bərabər apara bilərsiniz. Mağazalarda oğlunuz yanınızda olarkən satıcılarla nəzakətli şəkildə danışın ki, o da ailədən olmayan hə hansısa bir qadınla gələcəkdə necə danışmaq lazım olduğunu öyrənə bilsin.

3. Sevgi barəsində ata-oğul kimi yox, iki kişi olaraq söhbət edin.

Zamanı gələndə oğlunuzun bu güclü hissi öncə sizdən eşitməsinə çalışın. Xüsusilə ərgən vaxtlarında onun ilk sevgisi haqqında verəcəyiniz tövsiyyələr xeyrinə ola bilər. Tamamilə səmimi şəkildə etdiyiniz bütün söhbətlər ata-oğul münasibətlərinizin daha da güclənməsinə səbəb olacaq.

4. Çətinliklərə necə mübarizə aparmaq lazım olduğunub öyrədin.

Bir oğlana çətinliklərə necə sinə gərmək lazım olduğunu, nəyin yaxşı, nəyin pis olmasını öyrədəcək əsas şəxs atadır. Həmçinin haqlı olduğu məsələlərdə necə reaksiya verməli olduğunu, nəyin deyilib, nəyin deyilməyəcəyi öyrədilməli, lazım gəldikdə isə nəzakətli olmağın zəiflik kimi qəbul edilməməsi gərəkdiyi fikri aşılanmalıdır.

5. Oğlunuza öz dünyagörüşünü tapa bilməsi üçün köməklik göstərin.

Əslində bunun üçün elə də xüsusi bir şey etməyinizə ehtiyac yoxdur. Sadəcə sizə ehtiyacı olduğunda yanında olacağınızı hiss etdirməyiniz yetərlidir. Həmçinin bu məsələdə ana ilə ata birlikdə yardım etdikləri kimi, ayrı-ayrılıqda da fikir irəli sürməyi bilməlidirlər.

6. Onun təcrübələrini yeni hisslərlə zənginləşdirin.

Hər şey əslində hələ körpə ikən başlayır. Sizə qəribə gələ bilər, amma uşaq 6 aylığında olarkən qadın və kişi arasındakı münasibətləri hiss edə bilir. Dolayısı ilə nə zaman kişilərin, nə zaman qadınların tərəfində olmağı yaxşı bilməlidir.

7. Ona həyatda lazım ola biləcək bəzi sadə şeyləri öyrədə bilərsiniz.

Kiçik, amma işinə yaraya biləcək şeylər öyrədin. Məsələn, ocaq qalamağı, maşın təmir etməyi və s. Bu tip işləri bilməsi həm həyatı boyunca ona gərəkli olacaq, eyni zamanda da nə zamansa kollektiv arasında etibar qazandıracaq.

8. Kişi işlərinin necə edildiyini öyrədin.

Bu tip işlər içərisində ən önəmliləri üz qırxmaq, qalstuk bağlamaq və ya köynək ütüləmək ola bilər. Əlbəttə ki, internet dövründə yaşayırıq, istədiyi hər şeyi oradadan da araşdıra bilər, lakin bu tip şeyləri birlikdə etməyiniz ata-oğul münasibətlərinizi gücləndirəcək.

Xəbər lenti