Dünyanın ən varlı insanlarının ortaq cəhəti müəyyən edilib.
Dünya miqyasında 5 il ərzində aparılan araşdırmalar göstərib ki, milyonlarla dollar sərvətə sahib olan şəxslərin ən böyük ortaq xüsusiyyəti neqativ insanlardan uzaq durmalarıdır.
İngiltərədə nəşr olunan "The Independet” qəzetinin yazdığına görə, məşhur araşdırmaçı və yazar Tomas Korley milyonerlərin ortaq cəhətini müəyyən etmək üçün 5 il davamlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, bu insanlar sadəcə neqativ enerji verənlərdən uzaq dayanır, onlarla aralarında məsafə saxlayırlar. Korley öz araşdırmasının nəticəsinə dair "Dostlarını dəyişdir: Həyatını dəyişdir” adlı kitab yazıb. Kitabda yazılanlara inansaq, milyoner olmuş insanlar ilk başlardan etibarən dostlarını diqqətlə seçib və neqativ enerji verənlərdən kənar dayanıblar. Milyonerlərin uğur qazanmasının əsas sirri də onların pozitiv insanların əhatəsində olması, həyata nikbin baxışıdır.
Müəllif kitabında "Əlaqədə olduğunuz insanlar qədər uğur qazanarsınız” deyə vurğulayıb. Kitabda barəsində məlumat yer alan milyonerlərin 86 faizi həyatında bu devizi əsas tutub. Onlar vaxtlarının əsas hissəsini pozitiv və uğur qazanan insanlarla keçirdiklərini bildirblər. Xəzər
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub