Qənaət etmək alışqanlığı uşaqlıqdan formalaşdırlımalıdır. Çünki böyüdükcə anlayırıq ki, bu vərdiş olmadan həyatımız daha da çətinləşir. Deyirlər “xəsis iki dəfə xərcə düşür”, lakin bəzi amillər var ki, istəsək də onlara qənaət etməməliyik.
Publika.az bu siyahını təqdim edir:
Sağlamlıq
Çoxumuzun belə bir acınacaqlı xüsusiyyəti var. Yataq xəstəsi olmayanadək, həkimə getmirirk. Bunun üçün gah evdə türkəçarələrlə müalicə alır, gah da əczaçıdan məsləhət istəyirik. Həkimə getməməyimizin səbəbini isə pulsuzluqla əlaqələndiririk. Ən son halda isə, həmin pulun iki qatını xəstəxanalarda xərcləmək məcburiyyətində qalırıq. Odur ki, sağlamlığınıza heç vaxt qənaət etməyin. Lazım gələrsə, özəl və ödənişli klinikalara gedin, keyfiyyətli dərmanlar alıb qəbul edin, amma sağlamlığınız qoruyun. Bugün bunu etməsəniz, sabah daha da pis olacaq. Xərcləriniz və ağrılarınız isə ikiqat artacaq.
Texnika
Gənc ailələrə tanış olan daha bir durum var. Evə elektrik əşyaları, hətta smartfonlar alanda belə qənaət etməyə üstünlük veririk. Nəticədə isə həmin aləti təmir etdirməyə daha çox pul xərcləyirik. Odur ki, maddi imkan daxilində daha keyfiyyətli və biraz da qiymətdə üstün olan texniki avadanlıqlara pul xərcləmək büdcəyə daha çox uyğundur.
Saat və ayaqqabı
İnsanlar düşünür ki, bahalı ayaqqabı və aksesuarlar yalnız və yalnız varlı təbəqənin haqqıdır. Əslində isə bu, belə deyil. Ümumiyyətlə, hər kəsin qarderobunda bir cüt də olsa, bahalı ayaqqabı olmalıdır. Məsələn, bir mövsümdə 3 ayaqqabı almaq yerinə, cəmi 1 cüt və daha keyfiyyətlisini əldə edə bilərsiniz. Unutmayaq ki, ayaq pəncəmiz vücudumuzun sağlamlığını təmin edir. Daha ketfiyyətli ayaqqqabı isə, sağlam həyat deməkdir. Bahalı saat isə, yüksək zövqün göstəricisidir.
Təəssürat
İnsanı bu dünyada var edən, onu yaşadan təəssüratlarıdır deyilmi?! Odur ki, qocalığımıza yığdığımız ən böyük zənginliyimiz də təəssüratlarımızdır. Elə isə, əlinizə imkan düşdükcə səyahət edin, özünüzə və sevdiklərinizə zaman ayırın ki, qocalanda gənc nəsillə bölüşməyə bol təəssüratınz və xatirələriniz olsun.