Kürdəmirdə qeyri-adi canlı peyda oldu.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, canlını tutan kənd sakini Seymur Hüseynov bildirir ki, birinci dəfədir belə bir heyvanla qarşılaşır.
Seymur Hüseynov – kənd sakini: "Bu gün səhər-səhər həyətyanı sahəmdə ot bağlayarkən, press otu bağlaya-bağlaya gedirdi, mən də arxasınca gəlirdim, balaca topa ot qalmışdı, otu qaldırdığım halda onun altından çıxıb, ayağıma cumdu. Heç təsadüf eləməmişəm. Yaşlı olan insanlara da yolboyu göstərmişəm, hələ belə bir heyvana təsadüf olunduğunu görməyiblər”.
Kürdəmir rayon sakini Surxay Əsədov kərtənkələyə bənzəyən bu canlının daha təhlükəli olması ehtimalındadır.
Surxay Əsədov – rayon sakini: ”Bu baladır, bunun anası var. Yoxlamaq lazımdır ki, bu necədir. Balaca heyvan, ağır zəhərli. Bunun zəhəri ilandan pisdir”.
Tapılan heyvanın hansı növə aid olması barədə ən dəqiq fikri isə mütəxəssislər söyləyəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub