Bu təşkilatlardan bəziləri dünyadakı sistemi dəyişdirmək və insanları idarə etmək məqsədi, bəziləri şiddəti yayan fəaliyyətlər gerçəkləşdirərək qorxu salmaq məqsədi, bəziləri isə ruhu təmizləmə ritualları təşkil etmək məqsədi ilə qurulmuşdur.
“A24.az” dünyanın maraq dairəsində olan təşkilatları təqdim edir:
1 – İlluminati təşkilatı – Hərəkat 1 may 1776-cı ildə İngolstadda (Yuxarı Bavariya), İngolstadt Universiteti kilsə hüququ professorlarından biri olan filosof Adam Veishaupt tərəfindən 5 adamla qurulmuşdur. İlluminati “Aydınlanmış olanlar” mənasını verir.
Təşkilatın qurulmasında məqsəd cəhalətlə, təzyiqlə və kilsələrlə mübarizə etməkdir. Hər nə qədər aydınlanaraq dindar kilsə adamlarından uzaq durma idisə, daha sonralar təşkilatın gizli siyasi məqsədləri olduğu irəli sürüldü.
Lakin günümüzdə təşkilatın irəli sürülən məqsədi xalq kütlələrinin qərar vermək təsirini nəzarət altında tutmaq, dünya liderlərini və iqtisadiyyatı istədikləri şəkildə yönləndirməkdir.
2 – Masonluq – “Masonluq” daş ustası mənasını verir. ilk əvvəllər mason üzvləri daş ustalarından meydana gəlməkdə idi. Lakin daha sonra səbəbi bilinməyən bir şəkildə daş ustası olmayan bir neçə şəxs bu təşkilata daxil olur və yeni yaradılan qrupda “Azad və qəbul edilmiş mason” deyildi.
Masonluq başlanğıcını rəsmi olaraq 16-cı yüzilliyin sonu, 17-ci yüzilliyin əvvəllərində yaradılan “Qardaşlıq” təşkilatıdır. Dünyanın bir çox ölkəsində 5 milyona yaxın üzvü var. Sadəcə İngiltərə, İsveçrə və İrlandiyada 480 min, ABŞ-da isə 2 milyona yaxın üzvü olmaqdadır. Hətta küçmişdə və günümüzdə məhkəmə sistemlərində əhəmiyyətli yerlərdə siyasi əlaqələri və nümayəndələri olmaqdadır.
Mosonlar üçün sirr və gizliyin əsaını təşkil edən simvol böyük əhəmiyyət kəsb edir.