Prezident xanımları ilə bağlı maraqlı FAKTLAR - FOTOLAR

1484
Prezident xanımları ilə bağlı maraqlı FAKTLAR - FOTOLAR

Hər qadının kiçik sirləri və zəif cəhətləri olur. Əsas məsələ onları gizləyə bilməkdir. Dövlət başçılarının xanımlarından sirr mövzusunda ikiqat ehtiyalı olmaq tələb olunur. Hər halda onlar öz ölkəsini təmsil edir və statuslarına xələl gətirəcək ən xırda səhvləri belə bağışlanmır. Bununla belə birinci xanımlar haqqında mətbuata agah olan bəzi gizli məqamlar var.

Publika.az bu yazıda oxucuları birinci ledilərin qəribə sirləri ilə tanış edir:

Jaklik Kennedi - Amerika Birləşmiş Ştatları

Jacqueline Kennedy - Amerika Birleşik Devletleri

Kennedinin prezidentliyi dövründə siqaret çəkmək qadınlar arasında çox geniş yayılmışdı. Təbii ki, cəmiyyət bunu yaxşı qarşılamırdı. Bu səbəblə Jaklin Kennedinin siqaretə olan marağı mətbuatdan çox məharətlə gizlədilirdi. Hətta birinci ledini barmaqları arasında bir "nikotin çubuğu ilə” lentə almaq Ağ Ev fotoqraflarına qəti qadağan edilmişdi.

Şahzadə Diana - Böyük Britaniya

Prenses Diana – İngiltere

Xalq Britaniya Şahzadəsi Dianaya böyük rəğbət bəsləyirdi. Şəkillərdən özünə əmin görünən bu qadının bədəniylə bağlı böyük problemlər yaşadığını çox adam bilirdi. Diananın xəstəliyi vəfatından sonra üzə çıxır. Bulimiyadan (çox yedikdən sonra insanın özünü günahkar hiss etməsi) xəstəliyindən əziyyət çəkən şahzadənin bu probleminə xalq "Şahzadə qızın gizli xəstəliyi" və “Diana təsiri” adlarını qoymuşdu.

Mari Todd Linkoln - Amerika Birləşmiş Ştatları

Mary Todd Lincoln - Amerika Birleşik Devletleri

Mari Todd Linkoln zəngin ailənin ərköyün qızı olduğu üçün qənaət nədir bilməzdi. O, birinci ledi olduğu dövr ərzində Ağ Evi başdan-ayağa yeniləyib, lüks brendlərin geyimlərini alıb. Alış-veriş xəstəsi olan bu qadın nəticədə öz xərclərinə nəzarət itirərək, ordunun ehtiyacları üçün ayrılan puldan istifadə etməyə başlamışdı. Bu hadisə dünya mətbuatında kəskin pislənmişdi.

İmelda Markos - Filippin

Imelda Marcos – Filipinler

Filippinin 10-cu prezidentinin dul xanımı İmelda Markos da “şopoqolnik” idi. Nəhəng qarderobu olan İmelda "Bütün dövrlərin ən tamahkar insanları" siyahısına aid edilir. Onun bahalı brendlərdən olan 2500 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var idi. Siyasət aləmində İmelda Markosa "polad kəpənək" deyirlər. Yeri gəlmişkən qeyd edək ki, İmelda cavanlıqda çox gözəl olub. O, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. Filippinin birinci xanımı olmuş İmelda Markos başqa ölkəyə səfər edəndə özü ilə 300 paltar çamadanı aparırmış.

Büdcəni çapıb-talayan birinci xanım hərbi çevrilişdən sonra əri ilə birlikdə ölkəni tərk edib.

Nensi Reyqan - Amerika Birləşmiş Ştatları

Nancy Reagan - Amerika Birleşik Devletleri

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın ən yaxın məsləhətçilərindən biri - xanımı Nensi idi. 1981-ci ildə təşkil olunan sui-qəsd cəhdindən sonra Nensi ərinin sağlamlığı məsələsində daha da vasvası olmağa başladı. Məsələn, Nensinin astrologiya ilə yaxından maraqlandığını ancaq yaxınları bilirdi. Prezidentlə məsləhətləşməzdən əvvəl Nensi ulduzların mövqeyini təhlil edərdi.

Helen Taft - Amerika Birləşmiş Ştatları

Helen Taft - Amerika Birleşik Devletleri

ABŞ Prezidenti Uilyam Hovard Taftın həyat yoldaşı Helen qadağan edilməsinə baxmayaraq içki alış-satışı ilə məşğul olurdu. O, nəinki içki satışı ilə məşğul olan yerləri bağlatdırmır, hətta şampan şərablarının axıdıldığı ziyafətlərə qatılırdı.

Karla Bruni - Fransa

Carla Bruni – Fransa

Karla Bruni Fransanın 23-üncü prezidenti Nikola Sarkozinin həyat yoldaşıdır. Cütlüyün münasibətləri həm çox romantik, həm də sürətlə inkişaf edib. Onlar tanışlıqdan çox qısa müddət sonra evlənməyə qərar verib. Bir vaxtlar vətəndaş nikahını və çoxərliliyi təbliğ edən model ailə qurduqdan sonra ənənəvi evliliyə üstünlük verdiyini etiraf etmişdi. Keçmiş birinci ledi model olduğu vaxtlarda verdiyi müsahibələrində bir çox kişilərin diqqətini çəkməyi sevdiyini və kişiyə olan sevgisinin üç həftədən artıq davam etmədiyini söyləmişdi.

Reyçel Cekson - Amerika Birləşmiş Ştatları

Rachel Jackson - Amerika Birleşik Devletleri

ABŞ-ın 7-ci prezidenti Endryu Cekson həyat yoldaşı ilə 1794-ci ildə evlənib. Onların ailə həyatı haqqında şokedici həqiqət isə prezident seçkiləri zamanı ortaya çıxıb. Endryu Reyçelin iki əri olduğu məlum olub. Ceksonla evli olmasına baxmayaraq, o, ilk əri Luis Robardstan ayrılmamışdı.

Bernadette Şirak - Fransa

Bernadette Chirac – Fransa

Keçmiş Fransa Prezidenti Jak Şirakın xanımı Bernadette Şirak şübhəsiz ki, səbirli və vəfalı qadındı. Ərinin qanunsuz işlərini gizlətmək üçün əlindən gələn hər şeyi edirdi. Ərinin çoxarvadlılığa olan meylinin fərqində olsa da, uzun müddət heç bir şey olmamış kimi davrandı. Ancaq son illərdə ailənin sirləri faş oldu.

Kraliça Raniyə Əl Abdullah - İordaniya

Kraliçe Rania Al Abdullah – Ürdün

İordaniya Kralı Abdullahın həyat yoldaşı Raniyə hər zaman son dərəcə füsunkar görünür və vəziyyətə görə davranır. Ancaq hər gözəlin bir eybi olduğu kimi onun da az rast gəlinən zəif nöqtəsi var. O, qiymətli daşlarla bəzədilmiş qızıl ayaqqabı geyməyi çox xoşlayır. Bu cür ayaqqabıların bir cütünün çəkisi təxminən yarım kilodur!

Xəbər lenti