ABŞ-ın “Volterman” startapı “Indiegogo” platformasında sahibinin smartfonunu enerji ilə dolduran, öz yerini izləyən və oğurluq zamanı oğrunun şəklini çəkən “ağıllı” pul kisəsinin istehsalına vəsait toplanılması üzrə kampaniyaya start verib.
“Qafqazinfo” ICTnews-a istiadən xəbər verir ki, “Volterman” pul kisəsi daxili batareya, kamera, “GPS”, “Bluetooth”, “Wi-Fi” modulları, həmçinin pul kisəsinin daxilində yerləşən bank kartlarını hakerlərin məsafədən hücumlarından qoruyan RFID qoruma ilə təchiz edilib.
Bundan başqa, “ağıllı” pul kisəsi öz prosessoruna malikdir, 512 MB əməli yaddaş, 32 QB daxili yaddaşla təchiz edilib və suya qarşı davamlıdır.
Mobil proqram “Bluetooth” vasitəsilə pul kisəsini smartfona qoşmağa imkan verir, hər hansı problem olduqda (məsələn, məsafə) bu barədə xəbərdarlıq edilir. Pul kisəsinin oğurlanması zamanı “GPS” modulunun köməyi ilə onun yerini izləmək mümkün olacaq, pul kisəsini açarkən oğrunun çəkilmiş şəkli smartfona göndəriləcək. Pul kisəsi, həmçinin “Wi-Fi” giriş nöqtəsi rolunu yerinə yetirmək qabiliyyətinə malikdir ki, bu da səyahətlər zamanı internet xərclərini azaltmağa imkan verəcək.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub