Ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “İnter” – “Mladost” (Serbiya) matçından öncə xoşagəlməz anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmanı canlı yayımlayan “CBC Sport” telekanalının müxbiri Səmra Əliyeva matç öncəsində bakılıların məşqçisi Zaur İsmayılovdan açıqlama alan zaman, futbolçu Mirhüseyn Seyidovun vurduğu top xanım müxbirin üzünə dəyib. Buna baxmayaraq , S. Əliyeva peşəkarlıq nümayiş etdirərək özünü itirməyib, canlı yayımı davam etdirib.
Saytımıza açıqlama verən Mirhüseyn Seyidov müxbirin onu bağışladığını dedi:
“Həmin vaxt komanda məşq edirdi. Biz də iki-üç nəfərlə bir-birimizə uzaq ötürmələr edirdik. Yer də sürüşkən idi. Ötürmə vaxtı da top təsadüfən Səmra xanımın üzünə dəyib. Dünən videonu görəndə çox pis oldum. Xanımın özü ilə danışıb, üzrxahlıq etmişəm. Bu gün də bir kiçik hədiyyə göndərib, təkrar üzr istəmişəm. O da dedi ki, bu, mənim işimdir. Qarşılıqlı anlayışla bir-birimizi başa düşdük”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub