Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan “Gares&Connexions” ekspertləri “Immersive Robotics” şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibilqabı yaradıblar.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “B.A.R.Y.L.” adlanan qurğu vağzal ərazisində sərbəst istiqamətdə hərəkət edərək hamıya zibili qutuya atmağı tövsiyə edəcək.
Süni intellektlə təchiz edilən robot insanları skan edərək zibil atmaq istəyənləri seçir. “B.A.R.Y.L.” sistemində, həmçinin elektron zibilqabının dolmasını izləyən ötürücülər quraşdırılıb.
Tullantıların sayı çoxalan zaman robot zibilqabı bazaya qayıdaraq orada boşaldılır və yenidən perrona dönür. Zibilqabının polad korpusu hərəkət üçün iki təkərlə və sərnişinlərin qaranlıq vaxtı zibil atarkən qutunu dəqiq görmələri üçün göy rəngli diod işıqlarla təchiz edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub