Sevdiklərimizlə qucaqlaşmaq hər birimizə müsbət təsir edir. Alimlərin araşdırmalarına görə, qucaqlaşmaq yalnız psixoloji deyil, sağlamlıq baxımından da xeyirlidir. 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan oksitosinin azalmasına gətirir. Bu isə qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır, depressiya simptomlarını azaldır. Bəs qucaqlaşma formalarının nə məna verdiyini bilirsinizmi? Bununla bağlı maraqlı məlumatı təqdim edirik.
Bir münasibətin fərqli xüsusiyyətlərini özündə ehtiva edən müxtəlif qucaqlaşma formaları var. Onlara diqqət etsəniz, sevdiyinizin sizin haqda nə düşündüyünü biləcəksiniz.
1. Əllərinizi sevgilinizin ciblərinə soxaraq qucaqlamaq
Əllərinizi partnyorunuzun ciblərinə soxa biləcək qədər rahat olmağınız, onun sizin üçün bir məna ifadə etdiyini göstərir.
2. Qolları sevgilinin belinə dolayaraq qucaqlamaq
Qollarınızı sevdiyiniz insanın belinə dolamağınız qoruma instinktini göstərir. Onun üçün daim güvən və rahatlıq yarada biləcəyinizə dair özgüvəninizin işarəsidir.
3. Gözlərinin içinə baxaraq qucaqlamaq
Sevgilinizin gözlərinin içinə baxaraq qucaqlamaq həqiqi və səmimi bir əlaqə yaratmağı bacardığınız anlamına gəlir. Onu qucaqlayaraq gözlərinin içinə baxdıqda demək olar ki, münasibətiniz fiziki həzzi aşıb, artıq qarşınızdakı şəxsin ruhuna bağlanmısınız.
4. Qucaqlaşarkən belini sığallamaq
Bu, rahatlamaq mənası daşıyır. Həmişə o insanın yanında olmaq istəyirsiniz. Ona dəyər verirsiniz. Bu davranışla yaxınlaşdığınız şəxs adətən problemlərinizi anlatmağa və eyni zamanda onunkunu də dinləməyə könüllü olduğunuz şəxsdir.
5. Qolları çiyinlərə qoyaraq qucaqlamaq
Sevgiliniz qollarını çiyinlərinizə qoyaraq qucaqlayırsa, bu hərəkət dostluğu göstərir. Deməli, inam dolu bir münasibət qurmusunuz, amma dostanə bir yolla.
6. Qucaqlayarkən belini oxşamaq
Bel oxşamaq da dostluğun göstəricisidir. Bu forma dostluqdan o yana bir yaxınlıq istəmədiyinizi bildirir. Dostluğun ilk mərhələlərində olan şəxslərin etdikləri hərəkətdir.
7. Qucaqlaşarkən araya məsafə qoymaq
Belə edən şəxslər var. Əgər biri sizi qucaqlayarkən aranıza məsafə qoyursa, bu, özünü narahat hiss edir deməkdir. Bu vəziyyət inamsızlığı, ya da anlaşmazlığı göstərir. Yenə də pis bir şey düşünmək olmaz. Bəlkə də sizi daha yaxşı tanımamasının göstəricisidir.