ABŞ-ın Texas Universitetində aparılan araşdırma insanların mobil telefonlardan asılılıq dərəcəsini ortaya çıxarıb.
Milli.Az xəbər verir ki, araşdırmada 800 mobil telefon istifadəçisi iştirak edib.
Mobil telefona asılılığı olan insanlarla keçirilən sınaqda onlara kompüterdə bir neçə əməliyyatı icra etmələri tapşırılıb. Eyni zamanda, iştirakçılara məxsus telefonlar tərs və ya düz üzlü formada masalarının üstünə, ciblərinə, çantalarına və başqa bir otağa qoyulub.
Aparılan testlər iştirakçıların zehni tutumunu, diqqətinin paylanmasını və konsentrasiyasını ölçmək, onların inkişafına mane olan səbəbləri üzə çıxarmaq məqsədi daşıyıb.
Araşdırmalar nəticəsində məlum olub ki, telefonlarını başqa otağa qoyan insanlarla masanın üstünə qoyan insanların görüdüyü işdə təəccüblü dərəcədə fərq var. Belə ki, birinci qrup ikinci qrupa nisbətən daha yaxşı və keyfiyyətli işə nail ola bilib.
Başqa bir sınaqda isə insanların ağıllı telefonlara bağlılığının zehnin potensialına təsiri ölçülüb.
Məlum olub ki, telefonların açıq və ya bağlı olması, tərs və ya düz üzündə olması telefondan asılılığı olan insan üçün heç bir əhəmiyyət kəsb etmir. Yəni, onların beyninin geriyə doğru inkişafı üçün telefonun varlığını hiss etmək belə kifayət edir. (publika.az)
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub