Azərbaycanda fəhlələrdən birinin ifası sosial şəbəkələrdə böyük maraq doğurub.
Mynews.az xəbər verir ki, həmin şəxs iş prosesindəki fasilə zamanı muğam ifa edib. Onun möhtəşəm ifası sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib, özü də bilmədən internetdə populyarlıq qazanıb.
Möhtəşəm ifası ilə ürəkləri riqqətə gətirən bu şəxs Saday adlı qarabağlıdır.
Sözügedən görüntüləri Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədova da təqdim edərək onun fikirlərini öyrəndik: “İfa “Bayatı-Qacar” muğamı üstündə təqdim olunub. Əvvəldə iki-üç dəqiqə şeir formasında səsləndirib, sonradan tanınmış qəzəlxan Hacı Mailin “Vətəndir” qəzəlini ifa edib. Hiss olunur ki, o, peşəkar xanəndələrə həmişə diqqətlə qulaq asıb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub