Son zamanlar ərəb turistlərinin ölkəmizə axını güclənməkdədir. Bu şəxslər haqda ictiamiyyət arasında müxtəlif fikirlər dolaşır.
Moderator.az Travel turların birində uzun müddətdir ki, ərəblərlə işləyən şəxslə söhbət edərək ərəblərin ölkəmizdə əsasən nəyə maraq göstərdiyini öyrənib.
Adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, ölkəmizə gələn ərəblərə bələdçi təyin olunanda gərək həmin bələdçi ərəb dilini yaxşı bilməklə yanaşı, Bakıda və əyalətlərdə olan intim xidmətlərin ünvanını da bilə. Belə ki, ərəblərin ilk tələbi intim xidmət göstərən yerlərə getmək olur. Din qardaşlarımız əsasən rus və ukraynalı xanımlarla tanış olmaq istəyirlər. Öz həyat yoldaşı, hətta yoldaşları ilə ölkəmizə gəlmiş ərəblər halalca arvadları bildiyi halda qaldıqları otel nömrələrinə seks xidməti təklif edən qadınları dəvət etdiyi anlar da olur.
Ərəblərin digər əsas istəyi isə paytaxtın və turistik zona hesab olunan əyalətlərin pivəxanaları və spirtli içki verilən restoranlarıdır. Ölkəmizə təşrif buyuran ərəblərin ən böyük istəkləri bunlar olur. Təbii ki, istisnalar da olur. Amma onlar digər ölkələrdən gələn turistlər kimi şəhərimizin gəzməli, tarixi yerləri ilə elə də maraqlanmırlar. Ərəb turistlər əyalətlərdən əsasən Qəbələ, İsmayıllı, Quba və Xaçmaza daha çox səfər edirlər.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub