Mynews.az report.az-a istinadən verdiyi xəbərə görə “Dərs” bədii filmi “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, filmin müəlliflərii Rafiq Əliyev və Cavid Təvəkküldür.
“Gənc Novatorlar” İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə həmçinin “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şərikli çörək”, “Ögey ana” bədii filmləri təqdim edilib.
Qeyd edək ki, “Dərs” filmi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində martın 9-dan Nizami Kino Mərkəzi, Park Cinema və CinemaPlus kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin Hindistanın 5-ci Delhi və Banqladeşin 15-ci Dəkkə Beynəlxalq Film Festivallarında nümayiş olunub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub