Numerologiya elmi müəyyən əhəmiyyət kəsb edir. Bu qədim elm əsasında ədədlərin insan həyatına təsiri haqqında müəyyən məqamları öyrənmək olar. Çünki rəqəmlər bizi hər yerdə mühasirəyə alır. Numerologiya elmi ilə məşğul olan alimlər iddia edir ki, yaşadığımız mərtəbə də həyatınıza təsir edir. Və bu rəqəmlər əsasında bir çox yeni məlumat öyrənmək olar.
Mynews.az Rusiya mətbuatına istinadən yaşadığımız mərtəbənin taleyə təsiri barədə maraqlı məlumatları təqdim edir.
1-ci mərtəbə: Bu rəqəm insanı kamilliyə və arzularına doğru aparır. Bu mərtəbə mənsəbpərəstlərə böyük uğur gətirəcək.
2-ci mərtəbə: Bu mərtəbə insanları ətrafdakılara qarşı daha dözümlü olmağa məcbur edir. İkinci mərtəbənin sakinləri depressiyadan tez-tez əziyyət çəkir və xülyalarda yaşayır.
3-ci mərtəbə: Bu mərtəbənin sakinləri hakimiyyətə və nüfuza can atır. Onlar üçün cəmiyyətdə yüksək mövqe çox vacibdir.
4-ci mərtəbə: Bu mərtəbənin sakinləri öz həyatından çox vaxt narazıdır. O, reallıqdan daim şikayət edir və öz ünvanına deyilmiş tənqidləri qəbul edə bilmir.
5-ci mərtəbə: Numerologiya elminə əsasən beşinci mərtəbə gəlirin artmasına və mənsəb yüksəlişinə kömək edir.
6-ci mərtəbə: Bu mərtəbə ailəli sakinlər üçün əlverişlidir. Altıncı mərtəbə orada məskunlaşanlara bunları bəxş edir: uşaqlar, rahatlıq və sülh, firavanlıq və sevgi.
7-ci mərtəbə: Bu mərtəbə yaradıcı və orijinal insanlara uğur gətirir. Hətta bu mərtəbəyə tamamilə adi insanlar köçübsə, onda onlar tezliklə hamıdan fərqli yaşamağa başlayacaq.
8-ci mərtəbə: Məhdud dünyadan bezən sakinlər üçün uğursuz mərtəbədir. Burada maksimalist insanlar yaşayır.
9-cu mərtəbə: Doqquzuncu mərtəbədən güclü enerji gəlir. Öz məqsədlərinə nail olmağa həmişə çalışanlar burda həmişə xoşbəxtlik tapacaq. Bu mərtəbə liderlərindir.
10 mərtəbə: Onuncu mərtəbədə yaşayanlar isə hakimiyyətə can atır, həm işdə, həm ailədə, həm də öz dairəsində lider olmağa çalışır.
11-ci mərtəbə: Bu mərtəbə insan xarakterini güclü və daha iradəli edir. İddialı, yaradıcı və orijinal insanlar üçün uğurlu variantdır.
12-ci mərtəbə: Bu mərtəbədən gələn vibrasiyalar insana mənfi təsirlər göndərir. Sakinlər özünə inamsız olur və ya daimi mənəvi dəstəyə ehtiyac duyur.
13 mərtəbə: Bu rəqəm ixtiraçılara və novatorlara düşərlidir. On üçüncü mərtəbədə adətən yeni, unikal nələrsə yaratmaq istəyən qeyri-adi adamlar yaşayır. Lakin, bir qayda olaraq, onların ideyaları anlaşılmaz qalır.
14 mərtəbə: Bu insanlar üçün maddi nemətlər çox dəyərlidir. Bu mərtəbə varlanmaq istəyənlərə uğur gətirəcək.
15 mərtəbə: Bu mərtəbə insanlara daxili və xarici cazibə verir. Bu mərtəbənin sakinləri ətrafdakıların diqqətini özünə cəlb etməyi yaxşı bacarır.
16-cı mərtəbə: Numeralogiya elminə əsasən on altıncı mərtəbə insanları riskli, şübhəli və azad edir. Səyyahlar və macəra həvəskarları da bu mərtəbədə yaşayır.
17-ci mərtəbə: Bu mərtəbədə yaşayan insanlar çox orijinaldır. Onlar üçün ideallar yoxdur, onlar özləri həqiqəti axtarmağa və nəyin yaxşı, nəyin pis olduğunu özləri aydınlaşdırmağa öyrəşiblər.
18-ci mərtəbə: Bu mərtəbə insanlara istəklərin və planların reallaşdırılması üçün güc və enerji verir. Həm də bu mərtəbənin sakinləri bəzən çox hirsli və impulsiv olur.
19-ci mərtəbə: Bu mərtəbə insana amiranə xarakter verir. Bu isə liderlik təbiətini və aqressiv tərəflərini sakitləşdirməyi öyrənməyənə qədər başqaları ilə münasibətdə onlara mənfi təsir göstərə bilər.
20-ci mərtəbə: Bu mərtəbənin sakinləri öz xəyallarında yaşayır. Onlar real dünya və məişət çətinliklərinə uyğunlaşa bilmir.
21-ci mərtəbə: Bu mərtəbənin sakinlərinin fikirləri, bütün istək və arzuları tez bir zamanda reallığa çevrilir.
22-ci mərtəbə: Bu mərtəbə insanın özünə qarşı inamsızlıq və tərəddüd yaradır.
23-ci mərtəbə: Bu mərtəbənin sakinləri həyatdan çox şey istəyir, amma öz arzularını həyata keçirmək üçün çox az səy göstərirlər.
24-cü mərtəbə: Bu mərtəbə əzab və qeyri-stabil emosional vəziyyət deməkdir. Bu mərtəbənin sakinləri bütün xoşagəlməz vəziyyətə dözməyə və onu qəbul etməyə adət edib.
25-ci mərtəbə: Bu mərtəbənin energetikası qeyri-sabitlik ötürür. Sakinlər daim nə isə axtarırlar.(publika.az)