Unutqansınızsa sevinin, heç demə…..

665
Unutqansınızsa sevinin, heç demə…..

Bilirik ki, beynimiz keçmiş, heç bir işə yaramayan məlumatları silib, yerinə yenilərini yazır. Ancaq yeni tədqiqatlar göstərir ki, unutqanlıq düşünüldüyü kimi bir sağlamlıq problemi deyil. Bir şeyləri unutmağı, ya da unutmamağı istəməkdən əlavə bir də bəzi şeyləri istəksiz unutmaq var. Bu hal adətən bir ağıl çatışmazlığı və ya axmaqcasına bir hərəkət kimi qarşılanır. Yeni bir araşdırma isə unutqan insanların əslində ən yaxşı işləyən beyinlərə malik olduqlarını göstərir.

Təhsil sistemlərimiz məlumatı əzbərləyib gizlətməyin akademik uğurun açarı olduğu fikri üzərində inşa edilib. Uşaqların məlumatı öyrəndikdən sonra təkrar edərək yadda saxlamasını istəyirik. Ancaq bu vəziyyət insandan insana və bilik növünə görə dəyişir. Yəni unutqanlığın anormal bir şey olduğunu öyrədib dururuq.

Toronto Universitetində aparılan yeni araşdırma yaddaşdakı məlumatı yada salarkən verdiyimiz mübarizənin zehni olaraq digər insanlara görə daha ortalama olmadığını ortaya qoyub. Unutqan insanların beyinlərinin daha yüksək səviyyədə işləyib, yeni və geniş məlumatlara yer açdığı məlum olub.

Neuron jurnalında dərc olunan bu elmi işdə yaddaşla əlaqəli neyronların hipokampüs adlandırılan beyin bölməsində unutqanlığı “təşviq” etdiyi kəşf edilib. Beyin yeni və əhəmiyyətli məlumatlar üçün daha çox yer açmaq istədikdə keçmiş və işə yaramaz məlumatları silir!

Tədqiqatın müəlliflərindən biri olan Professor Blake Richards açıqlayır: “Yaddaş oyunlarını domine edən şəxslərə hər zaman heyran qalırıq. Yaddaşının məqsədi, əslində doğru məlumatı unutmaq və əvəzinə doğrusunu yerləşdirməkdir”.

Əgər beynimiz keçmiş və işə yaramayan məlumatlarla dolu olsaydı, konkret bir qərar vermək və yeni təcrübələrin təfərrüatlarını xatırlamaq üçün lazımi biliklərə yönəltmək çətin olacaqdı.

Dolayısı ilə, unutqan insansanız qəmgin olmayın, bu vəziyyət, sağlam beyinə malik olduğunuzu göstərir.(Moderator.az)

Xəbər lenti