ABŞ-ın Vermont Universiteti nəzdində tibb kollecinin alimləri 30 mindən çox insanın səhhəti üzərində apardıqları müşahidəyə yekun vurublar. Üç ildən çox davam edən bu tədqiqatın nəticələri qan qrupu ilə müəyyən xəstəliklər arasında bağlılığı göstərir.
Mynews.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlərin apardığı müşahidələr zamanı 495 adamda koqnitiv pozulmanın əlamətləri görünməyə başlayıb.
Tədqiqatın müəllifləri deyiblər: “Təhlillər göstərib ki, birinci qan qrupundan olan insanlarda yaddaş və demensiya problemlərini doğura bilən ürək-damar xəstəliklərinin yaranma riski aşağıdır”. Dördüncü qan qrupundan olan adamlarda, əksinə, demensiya riski yüksəkdir. Bu qan qrupundan olan insanların 82 faizi yaddaş və təfəkkür probleminə meyillidirlər. Dördüncü qan qrupundan olanlarda qanın laxtalanmasını sürətləndirən zülal çoxdur. Həkimlərin dilində bu, VIII qan laxtalanma faktorunun yüksəlməsidir. Bu halda qanda tromb yaranır, damarlarda qanın hərəkəti pisləşir. Qan dövranının pozulması həm də koqnitiv və intellekt pozulmasının yaranması ilə sıx bağlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub