Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTOLAR

764
Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTOLAR

Qədim Roma hökmdarlarının dəhşətli və amansız əməlləri barədə tarixdə bir sıra faktlar məlumdur. Zalım və tiran kişi hökmdarlarla yanaşı, öz qəddarlıqları ilə onlara güzəştə getməyən qadınlara da rast gəlmək olur. Onlardan biri hərbi komandir və nüfuzlu siyasətçi Mark Antoninin həyat yoldaşı Fulviya idi. O, rəqibinin kəsilən başı üzərində gözünə iynə sancacaq qədər amansız, hakimiyyətə hədsiz vurğun, düşmənlərinə qarşı inanılmaz qəddar idi.

Mynews.az  qədim Roma imperiyasının, eyni zamanda bütün zamanların ən qəddar qadınlarından olan Fulviya haqda qısa arayışı oxuculara təqdim edir.

Fulviya Bambula 2 zəngin nəslin varisi idi. O, qədim Romada hakimiyyətin bir tərəfdən başqa bir tərəfə keçməsini müşahidə edərək böyümüşdü. Öz qətiyyətli xarakterinə, ambisiyalarına və işgüzar bacarığına görə Roma tarixində əhəmiyyətli iz qoya bilib.

Fulviya 3 dəfə ailə qurub. Onun ilk həyat yoldaşı siyasətçi Klodiy Pulxr olur. O, intriqan xarakteri ilə tanınırdı, çoxsaylı sui-qəsdlərdə iştirak etmiş və Siseronun qatı rəqibi hesab olunurdu. Klodiyin siyasi oyunlara hədsiz ehtirası axırda ona gətirib çıxardı ki, onu qətlə yetirdilər. Fulviya evdar qadın statusuna nifrət edirdi, buna görə də o, Roma siyasi arenasında önəmli fiqura çevrilməyi hədəfləyirdi.

Ambisiyalı Fulviya qısa zaman sonra hakimə ərə gedir. Lakin 1 ildən sonra o, yenə dul qalır. Bundan 5 il sonra isə məşhur hərbi komandir Mark Antoni, hansı ki, sonralar Kleopatraya vurulacaqdı, Fulviyaya evlənməyi təklif edir.

Mark Antoni siyasi karyerasında xidməti pillələri nə qədər yuxarı qalxırsa, Fulviyanın da əlində hakimiyyət bir o qədər çox təmərküzləşirdi. Hiyləgər qadın gözəl nitqi və qətiyyətli hərəkətləri ilə istənilən zaman senatorun rəyini dəyişə bilərdi. O, Roma əyalətləri ilə demək olar ki, açıq alver edirdi. Fulviya pul sikkələrinin üzərində şəkli həkk olunan ilk qadın idi.

Şöhrətpərəst cütlüyün kifayət qədər düşməni var idi. Onlardan biri Siseron sayılırdı. Sadə ailədən çıxan Siseron mahir nitq qabiliyyətinə görə Senatda özünə yer edə bilmişdi. Görəndə ki, ölkə tədricən diktaturaya çevrilir, Siseron Senatın iclaslarında daim Mark Antoniyə qarşı ifşaedici çıxışlar edir.

Şübhəhiz nüfuzlu cütlük ona nifrət edirdi və onun ölümünə nail olandan sonra Mark Antoni Siseronun başını arvadının yanına gətirir. Fulviya bu hadisəyə o qədər sevinir ki, hirsini tam çıxarmaq üçün kəsilmiş başin gözünə və dilinə iynələr sancır.

Şübhəsiz, Mark Antoni və Fulviyanın sevgi üzərində qurulmayan, siyasi avantüralı birliyi əbədi ola bilməzdi. Sərkərdə Misirə səfər edərkən kraliça Kleopatranın füsunkar gözəlliyinə təslim olur. Fulviya hirs içində qovrulur, lakin heç nə edə bilmirdi. Qəzəbini söndürmək üçün mənfur qadın daxili Peruziya müharibəsini alovlandırır və nəticə olaraq uduzur. Nəhayət, Fulviyanı Yunanıstana sürgün edirlər. Buna dözmək rahat deyildi və orada o, qəflətən dünyasını dəyişir. (publika.az)

Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTO

Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTO

Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTO

Düşməninin gözünə iynə sancan, QƏDDAR və AMANSIZ QADIN - FOTO

 

Xəbər lenti