Dodaq boyası və parıltısı nədən hazırlanır? Xanımların makiyajını tamamlayan pomada və dodaq parıltısının balıq pulcuqlarından hazırlandığını bilirdinizmi? Məlum olub ki, balığın bu tullantısı əsrlərdir ki, kosmetikada istifadə olunur.
Mynews.az bildirir ki, pulcuqların inci parlaqlığı pomadanı mirvari piqmentilə təmin edir. Bu piqment quanin adlanır. Quaninin balığın tullantısı olan pulcuqlardan alınmasına baxmayaraq, tam zərərsiz təbii maddədir. Hətta Sovet dövründə dodaq boyaları və göz kölgələrinin tərkibi quanindən ibarət olurdu.
Quanini istehsal etmək çox çətindir. 100 kq pulcuqdan yalnız 1 kq quanin piqmenti alınır. Hazırlanma prosesi isə 8 sutka davam edir.
Bu gün istifadə etdiyimiz ucuz kosmetik vasitələrin tərkibində quanin olmur. Piqment vismut oksixlorid maddəsi ilə əvəz edilir ki, bu da sağlamlıq üçün zərərlidir. Quanin isə yalnız orqanik, təbii tərkibli kosmetik vasitələrin hazırlanmasında işlədilir.
Odur ki, pomada, dodaq parıltısı və s. alarkən keyfiyyətinə və tərkibinə diqqət etmək vacibdir. (publika.az)



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub