Pulsuzluqdan məktəbi atmışdı, indi isə şöhrəti dünyaya yayılıb - Nüsrətin hekayəsi - FOTOLAR
Təqdim edəcəyimiz fotoda gördüyünüz azyaşlı məktəbli pulsuzluqdan məktəbdən ayrılmağa məcbur olub. Ancaq indi dünya miqyasında şöhrət sahibdir.
Bir mədən işçisinin 5 uşağından biri olan Nüsrət maddi imkansızlıq ucbatından orta məktəbi ataraq öz pulunu qazanmaq üçün həyata atılıb. Peşəsinə Bostançı qəssablar bazarında qəssab köməkçisi olaraq başlayıb. 2009-cu ildə bir Fransız müştərisinin vasitəsilə son maaşını və kredit kartından çəkdiyi 7 min TL ilə Argentinaya gedib. Üç ay ərzində fermalarda, qəssabxanalarda, restoranlarda gəzib.
Türkiyəyə qayıtdıqdan sonra işinə davam edib. Çalışdığı qurumda bütün öyrəndiklərini nümayiş etdirib və əzmlə 400 işçisi olan bir ət imperatorluğuna yüksəlib.
Sosial mediada paylaşdığı bir-birindən maraqlı video materiallar əvvəlcə Türk xalqının diqqətini çəkib, az zamanda isə Nüsrətin şöhrəti bütün dünyaya yayılıb.
Moderator.az Nüsrət Türkiyə mediasına verdiyi maraqlı müsahibənin tərcüməsini də təqdim edir:
Pul dedikdə ağlınıza ilk olaraq nə gəlir? - Güc və ət.
Bazarlıq edərsinizmi? - Kiçik şeylər üçün etməm.
Nağdmı, nisyəmi? - Kartla vahid ödəmə.
İlk dəfə neçə yaşında pul qazandınız? - 13 yaşında. Qəssab köməkçisiydim.
Restoranda hesab bölünməlidirmi? - Qadına hesab ödətdirmərəm.
Aldadıldınızmı? - Xeyr.
AVM-mi,. internetmi? - AVM. Ürəyimə yatanı əynimdə yoxlayaraq alıram. Evdə istifadə etdiyiniz qənaət üsulu? - Evdə heç yaşamıram ki. Daima çalışıram.
Dözməyib aldığınız şey? - Geyim-paltar.
Pul kisənizdə nə qədər pul var? - Nağd Pul gəzdirmirəm, yalnız iki kredit kartım var.
Milyon versələr satmaram dediyiniz şey? - Ət satıram, adam satmaram.
Deyək ki, 30 min lirəniz var. Bu pulu sizcə, nə edərsiniz? - Ya bir iş quraram, məsələn, çayxana. Ya da valyuta alaram.
Restoranda "bahalı hesab" nə deməkdir? - Bahalı hesab yoxdur, çox içki vardır.
Biri borc istəsə, siz də vermək istəməsəniz, necə cavab verərsiniz? - Balıq vermirəm, balıq tutmağı öyrədirəm.
Bahalı bir istəyiniz? Avtomobil, Bentley'im var.Qeyd: Doğuş qrupunun beynəlxalq restoranlar zəncirinə qoşulanlüks ət restoranı Nusr-Eti-n qurucusu və şəriki Nüsrət Gökçəyə peşəsini soruşublar. İsrarla və qürurla "Qəssabam" deyə cavab verib.
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 949 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 80 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 79 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 77 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 75 dəfə oxunub