Çində hələ anons edilməmiş "iPhone 8" smartfonunun klonu yaradılıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, artıq Çin smartfonunun sınaq videosu şəbəkəyə sızdırılıb.
Bu cihaz "Android 6" əməliyyat sistemi ilə işləyir. Onun interfeysi isə tam olaraq iOS əməliyyat sisteminin əslinə oxşayır.
İstənilən arzu edən şəxs bu cihazı cəmi 100 dollara əldə edə bilər. Videoya görə, smartfon bir sıra çatışmazlıqlara malikdir. Belə ki, kameralardan birinin yerinə dəlik quraşdırılıb.
Xatırladaq ki, bu ilin payızında "Apple"in illik təqdimatında yeni "iPhone 8" təqdim olunacaq. Gözlənilir ki, yeni smartfonda 5,8 düym həcmində 521 ppi tam pikselli OLED displey quraşdırılacaq. Şayiələrə görə, cihaz simsiz enerji doldurulması ilə təchiz ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub